Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-245/2025 10.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X10 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, onun vəkili X1 və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2016-cı il tarixdə Kürdəmir rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi tam olaraq və lazımınca icra etməmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. 2016-2020-ci illərdə qədər axtarışda olmuş, 2020-ci ildən ödənişlər etməyə başlamışdır. Borclunun xx.xx.2025-ci il tarixində izahatı alınmış, izahatında borcunu ödəməsi üçün əvvəllər istədiyi kimi yenə də vaxt istəmişdir. Bütün bunlara baxmayaraq borclu Şəxs borcunu yenə də ödəmir. Hazırda onun 11755 manat aliment borcu vardır. Borclu icra sənədini icra etmədiyindən onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra sənədindən məlumatı vardır. Özünü günahkar bilir. Onlar 2016-cı il tarixdən boşanmışlar. Buna baxmayaraq o, uşaqları ayda 1 dəfə görəndə 200-300 manat, ümumilikdə 5000 manat yaxın pul vermişdir. 2020-ci il tarixədək tələbkarla razılığa əsasən uşaqları ilə görüşmüş, hər dəfə də pul vermişdir. O,inzibati qaydada həbs ediləndən sonra isə hər ay ödənişlər etmişdir. Yığılan borclar əvvəlki illərdə yığılmış borclardır. Birdəfəlik imkanı yoxdur ki, həmin borcu ödəsin. Onun Kürdəmir rayonunda evi vardır, hazırda sənədləşdirmək istəyir, iki ay müddətə sənədləşdirib evi satıb qalıq borcu ödəyəcəkdir. Aliment məçləğini isə hər ay ödəyir və ödəyəcəkdir Odur ki, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında bildirdi ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)-8326/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2016-cı il tarixdə Kürdəmir rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. O, bununla bağlı dəfələrlə Kürdəmir rayon İcra Şöbəsinə çağırılmış, lakin bu çağırışlara məhəl qoymamışdır. Ona görə də 2016-2020-ci illərdə axtarışda olmuş, barəsində inzibati həbs tənbeh tədbiri tətbiq ediləndən sonra ödənişlər etməyə başlamışdır. Sonucu dəfə xx.xx.2025-ci il tarixində Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və ondan borcunu tam ödəməsi tələb olunmuş, lakin borcunu ödəməsi üçün maddi imkanının olmadığını bildirmişdir. Hazırda onun 11755 manat aliment borcu vardır. Onun icra şöbəsinə gəlməsində çətinliklər hazırda yoxdur. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(006)- 8326/2016 saylı icra sənədinə əsasən cavabdeh Şəxs xx.xx.2016-cı il tarixdən başlayaraq xx.xx.2005-ci il təvəllüdlü X7 və xx.xx.2010-cu il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanması üçün hər ay hər uşaq üçün 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra edilməməsi üzrsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Əgər borclu ona edilən bildiriş və xəbərdarlıqlardan məlumatlı deyilsə və cinayət və ya inzibati məsuliyyət daşıması barədə onda aydın təsəvvür yoxdursa, bu halda onun məsuliyyəti istisna olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti ödəməkdə qərəzli deyildir. O, təyin edilmiş aliment məbləğini 2020-ci il tarixdən başlayaraq əhəmiyyətli hissəsini ödəmişdir. Yığılan borc məbləği 2010ci il tarixədək olan borclardır ki, həmin məbləğ çox olduğu üçün və işləmədiyi üçün aliment borcunu birdəfəlik ödəyə bilmədiyini bildirir. Eləcəı də, Şəxs izahatında Kürdəmir rayonunda evi olduğunu, evin yerləşdiyi torpaq sahəsinin atasının adına olduğunu, evi sənədləşdirib sataraq 2-3 ay müddətinə aliment borcunu ödəyəcəyini, icra məmurunun zənginə və çağırışlarına vaxtında cavab verecəyinə söz vermişdir. Bu isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs əməlində inzibati xəta tərkibi olmadığı üçün barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №3(041)-245/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-245/2025
10.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver