Məhkəmə qərarları › İş №3(041)-246/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-246/2025

11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-246/2025 11.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şahbazova Göyçək Kamil qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin sahə rəisi, polis mayoru X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunun Mollakənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonunun Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan (FİN- xxxxxxx) X5 barəsində Kürdəmir Rayon Polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 məqsədi olmadan az miqdarda narkotik maddə olan marixuananı əldə edərək saxlamış, daşımış, X5 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Kürdəmir RPŞ-nin sahə rəisi, polis mayoru X7 izahatında bildirdi ki, cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən, X1 məqsədi olmadan az miqdarda narkotik maddə olan marixuananı əldə edərək saxladığı və daşıdığından onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi əsası ilə barəsində xx.xx.2025-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 izahatında göstərdi ki, o, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. O, narkotik vasitə qurudulmuş marixuanadan arabir istifadə edir. 4 ay bundan öncə yerdən çətənə toxumu tapmış və gətirib yaşadığı evdə dibçəkdə əkmişdir. Əkdiyi vaxtdan başlayaraq mütəmadi olaraq qulluq etmiş, su vermiş və yetişdikdən sonra isə bitkilərin diblərini mütəmadi olaraq suvarıb boşlatmış, yəni aqrotexniki qaydada qulluq etmişdir. Bitkilər yetişdikdən sonra qurutmuş və qurutduğu marixuananı arabir istifadə edərək şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Kürdəmir şəhəri, X4 küçəsində piyada hərəkət edən zaman Kürdəmir RPŞnin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşlarının təklifindən sonra o, əynində olan şalvarın ön cibindən 01 ədəd bükümü çıxarıb təqdim edərək, içərisində "nəşə" olduğunu bildirmişdir. Sonda o, iki azyaşlı övladlarının olmasını nəzərə alınaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X2 barəsində cinayət işi başlanması rədd edilmiş, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə tədbir görülməsi üçün material ayrılmaqla Kürdəmir RPŞ İTB-nə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin xx.xx.2024-cü il tarixli ekspertiza rəyinə əsasən, HK-1/2383 nömrəli material üzrə tədqiqata təqdim edilmiş “Şəxs üzərindən aşkar edilmiş...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,10 qram olan bitki mənşəli kütlə narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə qurudulmuş marixuanadır. xx.xx.2025-ci il tarixli, 128 nömrəli narkoloji-tibbi yoxlamanın rəyindən görünür ki, X2 narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə, saat 03:20-də inzibati qaydada tutulmuş, xx.xx.2024-cü il tarixdə, saat 02:25-də azad edilmişdir. xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X5 xx.xx.2024-cü il tarixdə saat 02:30 radələrində Kürdəmir şəhəri, A.Axundov küçəsində piyada hərəkət edən zaman saxlanılmış və şalvarının sağ ön cibindən 01 (bir) ədəd kağız bükümdə qurudulmuş marixuana aşkar edilmişdir. Odur ki, X5 barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. Göründüyü kimi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X2 İXM-nin 206cı maddəsində nəzərdə tutulmiş inzibati xətanı törətməkdə təqsiri özünün etirafedici izahatı ekspertiza rəyi, inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübut edilmişdir. Barəsində inzibati icraat aparılan şəxs X2 ilk dəfə inzibati xəta hadisəsi törətməsi, himayəsində iki azyaşlı uşaqlarının olması, səmimi etirafı və əməlindən peşman olması məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli, inzibati qaydada tutulduğu 01 (bir) gün nəzərə alınmaqla təyin edilmiş cərimə tənbehi yüngülləşdirilməli, qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməli və ərazi narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Məhkəmə, İXM-nin 115.4.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin maddi sübutların yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,08 qram olan qururdulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İXM-nın 31.4-1-ci maddəsi tətbiq edilərək X2 01 gün inzibati qaydada tutulma müddəti nəzərə alınsın və üzərində qəti olaraq 250 (iki yüz əlli) manat cərimə saxlanılsın. X5 ərazi narkololji kabinetdə proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış təmiz çəkisi 0,08 qram olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar