Məhkəmə qərarları › İş №3(041)-252/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-252/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-252/2024 06.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmi rayon 1 saylı orta məktəbdə texniki işçi, Kürdəmir şəhəri,Ə.Vahid küçəsi,ev 1-də yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə xidməti ərazidə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə əsəbi halda evəgəlmiş və evdə anası ilə mübahisə etmiş və əsəabləşərək yanında olan stolu vurub aşırmış, anası Almar Əliyeva da DİN-nin 102 xidmət mərkəzinə zəng edərək ondan şikayət etmişdir. DİN-nin 102 xidmət mərkəzinə edilən şikayət əsasında polis əməkdaşları onların ayaşadığı ünvünü gəlmiş və izahatı alınması üçün onlarla birlikdə polis şöbəsnə getməsini xahiş etsələr də o, əsəbi olduğu üçün polis əməkdaşalrı ilə mübahisə edərək onların qanuni tələblərinə tabe olammışdır.Əməlindən peşmandır. İlk dəfədir ki, inzibati xəta törədir və bir daha belə hallara yol verməyəcəkdir.. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o,Kürdəmir RPŞ Təhqiqat Bölməsində təhqiqatçı işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-də növbətçi olmuş və DİN-nin 102 xidmət mərkəzinə edilən şikayə əasında Kürdəmir şəhəri,Ə.Vahid küçəsi,ev 1 ünvanına getmişdir. Həmin vaxtı adını sonradan bildiyi Şəxs sərxoş olduğunu və anası Almara Əliyeva ilə mübahisə etdiyini görmüş və ona sakitləşməsini və izahatı alınması üçün onlarla birlikdə Kürdəmir RPŞ-nə getməsini xahiş etmiş, lakin Şəxs etiraz edərək mübahisə etmiş və onların qanuini tələblərinə tabe olamışdır.Ona görə də Şəxs məcburi qaydada polis şöbəsinə gətirdikdən sonra barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahid ifadəsi,hadisənin baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmədə inzibati xəta törədən Şəxs cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən eilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, AZA 000308 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə,saat 21.14də inzibati qaydada tutulmuşdur. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 200 (iki yüz) manat məbləğdə cərimə tənbeh tədbiri tətbiq edilsin və dərhal məhkəmə iclas zalında həbsdən aza edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar