Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-253/2023 17.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, iclas katibi Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən Şəxs MMC barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC mülkiyyətində və ya istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilmədiyi üçün barəsində Azərbaycan Respublikası İinzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta protokol tərtib edilərək aidiyyəti üzrə yəni, inzibati xəta hadisəsi Kürdəmir şəhərində baş verdiyi üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir məlumat vermədən məhəkəmə iclasına gəlməmişlər. Məhkəmə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında materiala baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı İnzibati xəta haqqında protokol və protokola əlavə edilmiş sənədlərdən görünür ki, hüquqi ünvanı Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olan Şəxs MMC-nin mülkiyyətində olan “MİTSUBİSHİ L 200” markalı, **-PU-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs barəsində müvafiq məlumatları səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməmişdir. Azərbaycan Respublikası İXM-nin 64.3-cü maddəsinə əsasən hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində görə hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə -görə inzibati tənbeh tədbiri nəzərdə tutulub. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməli işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs MMC barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə inzbati tənbeh tədbiri görülməlidir. ŞəxsMMC-nin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs,həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən hüquqi şəxs Şəxs MMC-nin törətdiyi xətanın xarakterini, onları xarakterizə edən halları, onların maliyyə və əmlak vəziyyətini, habelə onların qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq hüquqi şəxs ŞəxsMMC barəsində cərimə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ : Kürdəmir rayonu Qaraqocalı kəndində yerləşən inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 300 (üç yüz) manat məbləğdə inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-253/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-253/2023
17.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver