Məhkəmə qərarları › İş №3(041)-254/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-254/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-254/2024 19.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu , Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi Barəsində inzibati icraat açılmış şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1974-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olan- Şəxs barəsində Kürdəmir RPŞ-i tərəfindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmə açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y YƏ N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 39 və 47-ci maddəsinin müafiq bəndinin tələblərini pozaraq özünə məxsus qaramalı sahibsiz buraxmış və Ağsu-Kürdəmir-İmişli yolunda hərəkətdə olan “VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Barəsində inzibati icraat açılmış şəxs Şəxs izahatında göstərdi ki, onun özünə məxsus qaramalı vadır .O, hər gün özünə məxsus 5 baş qaramalı evlərinin qarşısındakı yolun digər hissəsindəki boşluq əraziyə buraxır. xx.xx.2024-cü il tarixdə gündüz saat 15 radələrində evlərinə gələrkən on aməxsus 1 baş camışın avtomobil yolunun hərəkət hissəsində uzanmış və yaralı vəziyyətdə uzanmasını görüb yaxılaşmış və ona məxus olduğunu bilmişdir. Sorqlamşmış və həmin camışı VAZ 2106” markalı, **-RB-*** nömrəli avtomobilin vurduğunu bilmişdir. Onuyn özünə də maddi ziyan dəymişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə etibarnəmə əsasında idarə etiyi VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolunda hərəkətdə oalrkən qəfildən qarşına camış çıxmış və o, avtomobili saxlamaq istəsə də saxlaya bilməmiş və avtomobil camışa dəymişdir. Hadisə nəticəsində ona 70 manat maddi ziyan dəymişdir. İş materiallaırna əlavə edilmiş xx.xx.2024-cü il tarixli,03 nömrəli ziyan aktından grünür ki, VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 70 manat maddi ziyan dəymişdir. Şəxs əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 338.7-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, onun özünə maddi ziyan dəyməsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşağı həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib barəsində 100 (bir yüz) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Zərərçəmiş şəxsə maddi ziyanla bağlı mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar