Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-255/2024 07.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, XXXX1951-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Kürdəmir rayonunun Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan (AZE 0*******) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu ərazisində yolun asvalt qatında Zərərçəkmiş şəxs məxsus 1 baş camışı vuraraq yol nəqliyyat hadisəsi törətmiş, Zərərçəkmiş şəxs maddi ziyan dəymiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Yenikənd kəndində yaşayır, müddəti bitmiş etibarnamə əsasında idarə etdiyi “VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur, xx.xx.2024-cü il tarixdə saat 15 radələrində “VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir rayonu ərazisində hərəkətdə olarkən yolun asvalt qatında sonradan tanıdığı Zərərçəkmiş şəxs məxsus 1 baş camışı vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə yerinə sonradan gələn Zərərçəkmiş şəxs ilə birlikdə yerdə can verən camışı kəsmişlər. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobilinin qabaq şüşəsi sınmışdır Maddi ziyanla bağlı zərərçəkmiş şəxslə öz aralarında razılıq əldə edəcəkdir. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayır, şəxsi təsərrüfatında 5 baş iri buynuzlu heyvanı vardır, hər gün heyvanları evinin qarşısında yolun digər tərəfinə boşluq ərazidə otlamaları üçün səlimli şəkildə buraxır. xx.xx.2024-cü il tarixdə, saat 15 radələrində yaşadığı evə gələn zaman ona məxsus 1 baş camışın Ağsu-Kürdəmir-İmişli yolunun 30-cu kilometrliyində yolun hərəkət hissəsində yaralı və uzanıqlı vəziyyətdə olduğunu görmüş, oraya yaxınlaşanda camışı Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun asvalt qatında vurduğunu bilmişdir. Şəxsla aralarında gedən söhbət əsnasında can verməkdə olan heyvanı ziyanın qismən qarşılanması üçün kəsməklə bağlı razılaşmışlar. Hazırda Şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş avtomobillərə Texniki Xidmət Məntəqəsindən alınmış 03 nömrəli, xx.xx.2024-cü il tarixli rəydən görünür ki, Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-RB-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 70 manat ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs əməlindən peşman olması, səmimi etirafı məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Bundan əlavə, dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsə aralarında mübahisələrinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-255/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-255/2024
07.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver