Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-256/2024 18.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx.xx.1995-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Ərəbqubalı kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuruX2 oğlu göstərdi ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-690/2020 saylı, xx.xx.2020-ci il tarixli və icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 632 manat pul tutularaq Zərərçəkmiş şəxs3 MMC-yə ödənilməsi, Kürdəmir rayon məhkəməsinin 2(041)-1301/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 456,56 və 0,40 manat xidmçət haqqı tutuıaraq”Ferrum Capital” QSC-yə dənilməsi qət edilmiş, bundan başqa Kürdəmir rayon Notariat Kontorunun 6079 saylı xx.xx.2022-ci il tarixl icra qeydinə əsasən Şəxs cəmi 1191 manat 16 qəpik pul tutularaq”Kapital Bank” ASC-yə ödənilməlidir. İcra sənədləri Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin borcunu tam ödəmədiyi üçün onun 3 icra sənədi üzrə 2280 manat borcu qalmışdır. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində bir icra sənədi üzrə tam ödəniş etmiş və onun hazırda 45 manat borcu qalmışdır. O,qalan orcunu da hissə-hissə ödəyəcəyi söz vermişdir. Onunla aparılan fərdi söhbət zamanı bir müddət işləmədiyi üçün məhkəmə qətnaməsini tam icra edə bilmədiyini və məhkəmə qətnaməsinə hörmətlə yanaşdığını bildirmişdir. Məhkəmədə iclasında Şəxs göstərdi ki, özü əvvəllər işləfdiyi üçün icra sənədlərini vaxtıvaxtında mütəmadi olaraq ödəmişdir. Sonradan o, bir müddət şsiz qaldığı üçün borcu ödənilməmiş və onun 3 icra sənədi zrə 2280 manat borcu yaranmışdır. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində 1-icra sənədini tam icra etmiş və onun az miqdarda borcu qalmışdır. Hazırda o,işləyir və qalan borcunu da ödəyəcəkdir. O, məhkəmə qərarına hörmətlə yanaşır və icra vərəqəsininin icra olunmaması ilə bağlı heç bir qərəzi yoxdur. Odur ki, barəsində olan inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru Məhərrəm Şirnalıyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Kürdəmir Rayon Məhkəməsinin 2(041)-690/2020 saylı, xx.xx.2020-ci il tarixli və icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 632 manat pul tutularaq Zərərçəkmiş şəxs3 MMC-yə ödənilməsi, Kürdəmir rayon məhkəməsinin 2(041)-1301/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 456,56 və 0,40 manat xidmçət haqqı tutuıaraq”Ferrum Capital” QSC-yə dənilməsi qət edilmiş, bundan başqa Kürdəmir rayon Notariat Kontorunun 6079 saylı xx.xx.2022-ci il tarixl icra qeydinə əsasən Şəxs cəmi 1191 manat 16 qəpik pul tutularaq”Kapital Bank” ASC-yə ödənilməlidir. Məhkəmə iclasında barəsində inzibati icraat açılmış şəxs məhkəmə qərarını üzrlü səbəblərdən icra edə bilmədiyini, məhkəmə qərarına hörmətlə yanaşdığını göstərmişdir. Məhkəmə tərəfindən ona verilən vaxt ərzində 1 icra sənədi üzrə sənədi tam icra etmiş və onun az mqdarda borcu qalmışdır. O, hazırda işlədiyini və qalan borcunu da tezliklə ödəyəcəyini bildimişdir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-256/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-256/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver