Məhkəmə qərarları › İş №3(041)-257/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-257/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-257/2024 12.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Kürdəmir rayonunun Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan (AA*******) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokola və əlavə edilmiş sənədlərə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs sürücülük hüququ olmadan xx.xx.2024-cü il tarixdə saat 15 radələrində özünə məxsus “VAZ 2106” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir şəhərİ H.Əliyev prospektində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs məxsus “Mercedes E240” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, özünə məxsus “VAZ 2106” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili var, lakin nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində özünə məxsus “VAZ 2106” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir şəhərİ H.Əliyev prospektində hərəkətdə olarkən yol nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs məxsus “Mercedes E240” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili vuraraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobillərə maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs ilə öz aralarında razılıq əldə etmişlər, hazırda ona qarşı heç bir şikayət və tələb yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, özünə məxsus “Mercedes E240” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobili var, inzibati xəta törətmiş Şəxs ilə ilk dəfədir rastlaşıb, aralarında ədavətləri və düşmənçilikləri yoxdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində avtomobili ilə hərəkətdə olarkən Şəxs idarə etdiyi “VAZ 2106” markalı, **-CP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq onun avtomobilini vurmuşdur. Hadisə nəticəsində xəsarət alan olmamış, lakin avtomobili əzilmişdir. Dəymiş ziyanla bağlı Şəxs ilə öz aralarında razılıq əldə etmişlər. hazırda ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 03 nömrəli, xx.xx.2024-cü il tarixli ziyan aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus “Mercedes E240” markalı, **-HS-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 500 (beş yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar