Məhkəmə qərarları › İş №3(041)-258/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-258/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-258/2024 12.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunun iştirakı ilə, xx.xx.1963-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan (AZE********) Şəxs oğlu barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Mollakənd kəndi ərazisində otlaq sahəsində Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol vermədiyini bildirərək izahatında göstərdi ki, Kürdəmir rayonu, Mollakənd kəndində yaşayır, evlidir, kənd təsərrüfat işləri ilə məşğul olur, Zərərçəkmiş şəxs və onun ailəsini çoxdan tanıyır, aralarında ədavətləri və düşmənçilikləri olmayıb, lakin torpaq sahəsi üstündə mübahisələri var. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında otlaq sahəsinə gedərkən orada həmkəndliləri Zərərçəkmiş şəxs və X1 görmüş, aralarında gedən söhbət əsnasında sözləri düz gəlmədiyindən mübahisələri düşmüş, mübahisə vaxtı onları təhqir etməmiş lakin ucadan başqa ifadələr işlətmişdir. Q.Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur, lakin son vaxtlar torpaq sahəsi üstündə aralarında mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə gündüz saatlarında X2 ilə birlikdə otlaq sahəsində olarkən Şəxs orada görmüşlər, aralaında gedən söhbət əsnasında torpaq sahəsi ilə bağlı Gülbala onlarla mübahisə etmiş, mübahisə vaxtı Şəxs onu və Nüsrət Məmmədovu ucadan nalayiq iafdələr işlətədək təhqir etmişdir. Bundan sonra məcbur olub şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs izahatının sonunda Şəxs ictimai qaydanı pozan hərəkətlərinin qarşısını almaq üçün müvafiq tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə gündüz saatlarında Zərərçəkmiş şəxs ilə birlikdə otlaq sahəsində olarkən Şəxs orada görmüşlər, aralarınnda gedən söhbət əsnasında torpaq sahəsi ilə bağlı Gülbaba onlarla mübahisə etmiş, mübahisə vaxtı Şəxs onu və Anarı ucadan nalayiq iafdələr işlətədək təhqir etmişdir. Şəxs törətdiyi inzibati xəta özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahidin izahatı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran müəyyən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar