Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-259/2024 12.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 17.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X1 iştirakı ilə xx.xx.1980-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir şəhəri,A.Səhhət küçəsi, ev 26-da yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospektində Kürdəmir RPŞ-nin əməkdaşı X3 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X2 raportu əsasında Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, axtarışda olması ilə əlaqədar olaraq o,xx.xx.2024-cü il tarixdə polis şöbəsinə gəlmiş ,həmin vaxtı polis şöbəsinin rəisi də şöbəyə gələrkən o, rəisə yol vermiş, lakin polis əməkdaşı onun yaxasından tutaraq onu kənara çəkmiş və ona şillə vurmuşdur.O, heç kimi söyməmişdir və heç bir qanun pozuntusu törətməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ İTB-dəpolis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə şöbəyə gəlmiş və adını snradan bildiyi Şəxs ucadan danışdıığını görüb ona sakitləşməsini xahiş etmiş, lakin o, sakitləşməmiş vəucadan qışqıraraq onu da nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, o, Kürdəmir RPŞ İTB-də polis nəfəri işləyir. xx.xx.2024-cü il tarixdə saat 19.20 radələrində Kürdəmir RPŞnin İTB-nin Xidmət üzrə Baş İnspektoru Fəhmin Kərimli ilə birlikdə axtarışda olan Xırdapay kənd sakini Şəxs şöbəyə gətirən zaman polis şöbəsinin inzibati binasında səs-küy salaraq şöbənin iş fəaliyyətini pozmuş və İbrahim Sadıqov da ona yaxınlaşaraq Anara sakitləşməsini xahiş etmiş, lakin Anar ucadan qışqıraraq İbrahim Sadıqovun ünvanına nalayiq ifadələr işlətmişdir. Məhkəmə araşdırması zamanı Şəxs əməli özü etiraf etməsə də zərərçəkmiş şəxsin iahatı,şahid ifadəsi,hadisənin baş vermə şəraitindən habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Anar Novruzovun məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun ifadəsini özünü müdafiə xarakterli müdafiə kimi qəbul edir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli,AZA 000325 nömrəli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Noruz oğlu xx.xx.2024-cü il tarixdə,saat 19.55-də inzibati qaydada tutulmuşdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 05 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 11 mart 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-259/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-259/2024
12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver