Məhkəmə qərarları › İş №3(041)-261/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-261/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-261/2024 12.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1988-ci-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Xırdapay kəndində yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ-inin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmaması göstərilmiş və onun barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, Kürdəmir rayonunda baş vermiş oğurluq hadisəsi ilə əlaqədar polis əməkdaşalrı tərəfindən onun atasına zəng olunmuş və onun telefon nömrəsini istəmişlər. Atası Əhliman onun telefon nömrəsini polis əməkdaşalrına verdikdən sonra adını bildiyi Fəhmin Kərimli ona zəng etmiş və onun harada olmasını soruşmuş, o, da hazıra körpünün yanında olduöunu bildirmiş və ona orada gözləməsini demişlər. O, da razılaşdırılmış yerdə polis əməkdaşlarını gözləmiş, polis əməkdaşları mülki avtomobillə gəlmiş və o, avtomobilə əyləşərək polis əməkdaşları ilə birlikdə Kürdəmir RPŞ-nə gəlmişdir.Polis şöbəsinə gəldikdən sonra barəsində protokol tərtib edib məhkəməyə gətirmişlər. O, polis əməkdaşlarına heç bir tabesizlik göstərməmişdir. Odur ki, barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ İTB-də baş inspektor vəzifəsində işləyir. Rayon ərazisində baş vermiş oğurluq hadisəsində şübhəli bilinən və əvvəllər də oğurluq hadisəsində məhkum olunmuş Şəxs dəfələrlə Kürdəmir RPŞ-nə dəvət edilsə də o, hər dəfə müxtəlif bəhanələrlə polis şöbəsinə gəlmədən yayınmışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Şəxs Kürdəmir şəhərində yerləşən körpünün yanında olması barədə məlumat daxil olmuş və onlar həmin ünvana gedərək Şəxs saxlayıb məsələnin mahiyyəti ona izah olunduqdan sonra onu polis şöbəsinə dəvət etmişlər. Şəxs isə onlara mübahisə edərək narazılığını bildirmiş və polisin qanuni tələbinə tabe olmamışdır. Bundan sonra onlar Şəxs məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə öz daxili inamına və məhkəmə araşdırması zamanı əldə olunan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, Şəxs polisin qanuni tələbinə tabesizlik göstərməmiş, heç bir qanun pozuntusuna yol verməmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Şəxs barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar