Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-262/2024 13.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 11.35-də Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlu və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1972-ci Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli,deməsinə görə əvvəllər məhkum olunmuş, Kürdəmir şəhəri, Koroğlu küçəsi, ev 4-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddələri ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri, Sabir küçəsində Zərərçəkmiş şəxsn məxsus avtomobildən 106 manat dəyərində olan ərzaq məhsullarını gizli yolla talayaraq oğurlamışdır. Zərərçəkmiş şəxsn şikayət ərizəsi əsasında Kürdəmir rayon Polis şöbəsin Təhqiqat Bölməsində araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibi olmadığı üçün Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən xx.xx.2024-cü il tarixdə cinayət işinin başlnılması rədd edilmiş, onun əməlində AR İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törədən Şəxs göstərdi ki, o, Kürdəmir şəhəri, Koroğlu küçəsində yaşayır. xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhəri, Sabir küçəsindən keçərkən “QAZ 3110” markalı avtoobilin qapısının açıq olduğunu və avtomobildə ərzaq məhsulları yığılan bağlamanı görüb götürmüş və içərisində olan ərzaq məhsullarının bir qismini ucuz qiymətə satməş digərlərini isə istifadə etmişdir. Vurduğu ziyanı ödəməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında izahat verən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, Kürdəmir rayonunun Çöl-qubalı kəndində yaşayır və onun özünə məxsus “QAZ 310” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı avtomobili vardır.xx.xx.2023-cü il tarixdə o, avtomobillə Kürdəmir şəhərinə gəlmiş Kürdəmir şəhərində yerləşən “Təzə Bazar” adlanan yerdən ərzaq məhsulları alaraq avtomobilə qoymuş, lakin avtvomobilin qapılarını bağlamadan yenidən bazara getmiş və qayıdanda avtomobilə qoyduğu ərzq məhsulları ilə dolu bağlamasnı avtomobildə görməmiş və dərhal DİN-nin 102 xidmət mərkəzinə zəng edərək məlumat vermişdir.Ona ümumilikdə 106 manat ziyan dəymişdir. Ona dıyın ziyan ödənlməmişdir. Onlar barışmamışlar. Şəxs əməli özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, Zərərçəkmiş şəxs məxsus ərzaq məhsullarını gizli yolla oğurlamaqla ona 106 manat dəyərində maddi ziya vurmuşdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun əməlində məsiliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə , QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib barəsində 01(bir) ay 15(on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Həbsetmənin əvvəli 13 mart 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətinə Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər . Hakim: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-262/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-262/2024
13.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver