Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-262/2025 13.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən-Kürdəmir RPŞ-nın İTB-nın polis kapitanı X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Muğanlı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs söyüb təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Kürdəmir RPŞ-nın İTB-nın polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu şifahi olaraq əsaslandırmaq üçün bildirdi ki, Kürdəmir rayonu Muğanlı kənd sakini Zərərçəkmiş şəxs şikayəti əsasında polis əməkdaşları həmin kəndə getmiş və Şəxs sərxoş vəziyyətdə küçədə nalayiq küçə söyüşləri söydüyünə görə rayon polis şöbəsinə gətirmişlər. xx.xx.2025-ci il tarixdə saat 00:45-də Şəxs inzibati qaydada tutulmuş və müayinə zamanı onun yüngül dərəcədə sərxoş olması müəyyən edilmişdir. Şəxs barəsində raport əsasında inzibati xəta haqqında protokol tərtib etmiş və inzibati xətanı törədərkən sərxoş vəziyyətdə olduğu, eyni əməlləri il ərzində təkrar törətdiyi, barəsində tətbiq edilmiş inzibati tənbehdən nəticə çıxarmadığı üçün baxılması üçün məhkəməyə təqdim etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, qardaşı ilə bir çubuş (təxminən 250-300 qramlıq araq butulkası) alıb iki nəfərə içmiş və kənddə olarkən polis əməkdaşları gəlib onu polis şöbəsinə aparmışlar. Səbəbini soruşanda bildirmişlər ki, onun barəsində Zərərçəkmiş şəxs şikayət etmiş və bildirmişdir ki, Ayaz onu söyüb təhqir etmişdir. Əvvələn Qaçayev X2 işlədiyi üçün kəndə az-az hallarda gəlir. Hazırda da Fariz Qarabağdadır. Bundan əlavə onun Farizlə mübahisəsi oğurluqla bağlı olmuş, guya onun nar bağından oğurluq etmişdir. Onun şikayəti dəfələrlə araşdırılmış və onun yalan dediyi öz təsdiqini tapmışdır. Ümumiyyətlə heç kimi söyməmiş, kənddə də kimsəni narahat etməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdiyi xüsusatları yoxlamaq üçün məhkəmə iclas zalından Zərərçəkmiş şəxs ilə (mobil nömrəsi ***-***-**-**) telefon əlaqəsi saxlanıldı və Fariz bildirdi ki, hazırda Qarabağdadır, Şəxs onun nar bağından oğurluq etdiyi üçün polisə şikayət etmiş, onun şikayətinə baxılmamışdır. Son günlər, yəni 11-13 martda kənddə olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş Kürdəmir RPŞ-nın İTB-nın polis kapitanı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ifadələrini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hərəkətlərində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə görə xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə araşdırması zamanı Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs söyüb təhqir etməsi və onun tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsi öz təsdiqini tapmadı. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-262/2025
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-262/2025
13.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver