Məhkəmə qərarları › İş №3(041)-263/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-263/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-263/2023 16.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə xx.xx.2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Axtaçı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan – Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 ədəd “Tula” markalı, 16 kalibirli təklüləli, 54730 nömrəli ov tüfəngini qeydiyyatsız saxlamışdır. Şəxs əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat açılmış şəxs Şəxs lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə inzibati materiala onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinəəsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Təhqiat Bölməsində barəsində inzibati icraat açılmış şəxs Şəxs izahatında göstərmişdir ki, mərhum babası Məhəmməddən qalmış sənədi olmayan “Tula” markalı 54730 nömrəli tək lüləli ov tüfəngi olduğunu,xx.xx.2023-cü saat 13.30 radələrində həmin tüfəngi götürüb qoyunlarını həyətdən çıxardıb yaşadıqları kəndin ərazisində otarmağa aparmış, həmin günü saat 18.30 radələrində polis əməkdaşları Rəhbər və Mirbala adlı polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək ov tüfənginin sənədinin olub-olmamasını soruşmuş, o, isə tüfəngin heç bir sənədinin olmadığını bildirib tüfəngi könüllü olaraq polis əməkdaşlarına təhvil verdiyini bildirmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi qanuna uyğundur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq 1 ədəd “Tula” markalı, 16 kalibirli təklüləli, 54730 nömrəli ov tüfəngi müsadirə edilməklə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cumaddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 1 ədəd “Tula” markalı, 16 kalibirli təklüləli, 54730 nömrəli ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan 1 ədəd “Tula” markalı, 16 kalibirli təklüləli, 54730 nömrəli ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi anbarına təhvil verilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar