Məhkəmə qərarları › İş №3(041)-264/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-264/2023

09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-264/2023 09.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi İnzibati xəta haqqında protokolu tərtib edən şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan Kürdəmir rayonunun Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixdə inzibati xəta haqqında MN ******* nömrəli inzibati xəta haqqında protokola və iş materiallarına əlavə edilmiş cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2023-cü il tarixli qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 18.20 radələrində «VAZ 2105” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törədərək zərər çəkmiş şəxslərə maddi zərər vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın DYPB-nın polis kapitanı X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayonu, Pirili kəndində yaşayan Şəxs xx.xx.2023-cü il tarixdə saat 18.20 radələrində «VAZ 2105” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törətmişdir. Həmin yol nəqliyyat hadisəsi ilə bağlı aparılmış araşdırma zamanı Şəxs əməlində cinayət tərkibi olmadığı üçün xx.xx.2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İXM-nın 334.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ DYPB-ya göndərilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Pirlili kəndində yaşayır, nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. xx.xx.2023-cü il tarixdə nahar edərkən bir qədər spirtli içki qəbul etmiş, həmin gün saat 18 radələrində istifadəsində olan “VAZ 2105” markalı, **-CE- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə Kürdəmir rayonu Babək prospektində hərəkətdə olarkən ani olaraq idarə etməni itirmiş və yolun kənarında dayanmış Zərərçəkmiş şəxs1 məxsus “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili arxa hissədən vurmuş və həmin avtomobildə qarşıda dayanan Zərərçəkmiş şəxs2 məxsus “Mitsubishi Pajero” markalı **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə nəticəsində hər üç avtomobilə maddi ziyan dəymiş, özü və “VAZ 2107” markalı avtomobilin sürcüsü Zərərçəkmiş şəxs1 yüngül bədən xəsarətləri almışdır. Dəymiş ziyanla bağlı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə öz aralarında razılığa gəlmişlər. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs1 izahatında bildirdi ki, xx.xx.2023-cü il tarixdə axşam saatlarında özünə məxsus “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri Babək prospektində yolun kənarında dayanarkən sonradan tanıdığı Şəxs idarə etdiyi “VAZ 2105” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilini arxa hissədən vurmuş, həmin vaxt onun avtomobilidə qarşı tərəfdə yolun kənarında dayanmış “Mitsubishi Pajero” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisədən vaxtı o, yüngül bədən xəsarətləri almış, həmçinin avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Şəxs ilə öz aralarında razılıq əldə etmşlər, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 izahatında bildirdi ki, özünə məxsus “Mitsubishi Pajero” markalı **- DM-*** dövlət qeydiyyat nişanlı avtomobili var, xx.xx.2023-cü il tarixdə axşam saatlarında Kürdəmir şəhəri Babək prospektində yolun kənarında dayanarkən sonradan tanıdığı Şəxs idarə etdiyi “VAZ 2105” markalı, **-CE-*** dövlət qeydiyyat nişanlı avtomobillə əvvəl Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş, sonra “VAZ 2107” markalı avtomobil onun avtomobilinə dəymişdir. Hadisə nəticəsində özü bədən xəsarəti almasa da, avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Şəxs ilə öz aralarında razılıq əldə etmşlər, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan məlum olur ki: - xx.xx.2023-cü il tarixli, 35 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı”na əsasən Şəxs həmin gün orta dərəcəli sərxoş olmuşdur. - xx.xx.2023-cü il tarixli, 33 və 34 saylı “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı”na əsasən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişlər. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 68 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs2 bədənində heç bir xəsarət aşkar olunmamışdır. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 70 nömrəli rəyində göstərilmişdir ki, Şəxs tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər sağ gicgah nahiyyəsində əzilmiş-cızılmış yara, sağ üzdə çoxsaylı sıyrıqlar küt əşya təsirindən törənmiş, törəmə müddəti qərarda göstərilən tarix və şəraitə uyğun gəlir, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. - Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin xx.xx.2023-cü il tarixli, 72 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs1 tibbi müayinəsi zamanı bədənində aşkar edilmiş xəsarətlər ənsə nahiyyəsində əzilmiş-cızılmış yara, təpə nahiyyəsində dərialtı hematoma, sol dirsəkdə sıyrıq küt əşya təsirindən törənmiş, törəmə müddəti qərarda göstərilən tarix və şəraitə uyğun gəlir, ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxslərin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərin ondan şikayətci olmamasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsi məqsədə müvafiq hesab edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 800 (səkkiz yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar