Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-266/2023 09.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Kürdəmir rayonu Suvarma sistemlər idarəsində işləyən, Kürdəmir rayonu, Ərəbxana kəndində qeydiyyatda olmaqla yaşayan (AZE********) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində Kürdəmir rayon Suvarma sistemlər idarəsinin inzibati binasında iş yoldaşı Zərərçəkmiş şəxs ünvanında ucadan xoşa gəlməz ifadələr işlətmiş, yəni ictimai qaydanı pozan və ya fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs iş yoldaşı kimi tanıyır, münasibətləri yaxşı olmuşdur. xx.xx.2023-cü il tarixdə işlədiyi Kürdəmir rayonu Suvarma sistemlər idarəsinin inzibati binasında olarkən Nohər Abbasovdan yaşadığı evin yanında iş görmək üçün toraktor verməsini tələb etmiş, həmin vaxt Nohəl ona idarənin traktorlarının işlə bağlı yerində olmadığını, 2-3 gün gözləməsini dediyi üçün o, əsəbləşmiş və Zərərçəkmiş şəxs ünvanına ucadan nalayiq ifadələr işlətmişdir. Səsə idarədə işləyən işçilər, hadasa 15-20 nəfər şəxs oraya toplaşmışdır. Şəxs izahatının sonunda zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs iş yoldaşı kimi tanıyır, onlar birlikdə Kürdəmir rayonu Suvarma sistemlər idarəsində işləyirlər, münasibətləri nomal olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 10 radələrində işlədiyi Kürdəmir rayonu Suvarma sistemlər idarəsinin inzibati binasında olarkən Şəxs ona yaxınlaşaraq yaşadığı evin yanında iş görmək üçün toraktora ehtiyacı olduğunu və ona traktor verməsini tələb etmişdir. Dilqəmə idarənin traktorlarının işlə bağlı yerində olmadığını, 2-3 gün gözləməsini bildirmiş və həmin vaxt Şəxs əsəbləşərək uca səslə onun ünvanına xoşa gəlməz sözlər demişdir. Səsə-küyə idarədə işləyən şəxslər oraya toplaşaraq onları sakitləşdirməyə çalışmışlar. Hazırda Şəxs ilə öz aralarında barışıq əldə etmişlər, bütün bunları nəzərə alıb Şəxs barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Şəxs törətdiyi inzibati xəta özünün və zərərçəkmiş şəxsin izahatı, habelə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-266/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-266/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver