Məhkəmə qərarları › İş №3(041)-266/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-266/2024

14.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-266/2024 14.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1998-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, "xxxx" ASC-in Kürdəmir filialında mühafizəçi işləyən, Kürdəmir rayonu MKQ, bina 13,mənzil 17-də yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə sürücülük hüququ olmadan ««VAZ 2106” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı idarə edərkən maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Şəxs AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2024cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə sürücülük hüquq olmadan, mülkiyyətində olan ««VAZ 2106” markalı, **-KO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Bakı prospektində 4 yol istiqamətinə öz yolu ilə saatda 50 km.saatla hərəkətdə olarkən qarşısında hərəkətdə olan “Mersdes C” klass markalı avtomobil nizamlanan yolayrıcının kəsişməsinə 20 metr qalmış anidən sürətini azaldaraq dayanan zaman o, ara məsafəsini saxlamadığı üçün həmin avtomobilə arxadan çırpımışdır. Qəzada bədən xasaəti alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. O, dəymiş ziyanlın yarısını ödəmiş,qalan hissəsini də ödəyəcəkdir. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstədi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrimndə etibarnamə əsasında idarə etdiyi “Mersedes C” klas markalı,**-MR- *** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hühüqu olmadan Kürdəmir şəhəri, Bakı prospekti ilə üzü 4 yol istiqamətində hərəkətdə olarkən qarşısında olan nizamlanan yolayrıcında sfetarorun qırmızı işığı yanmış və əyləci yavaşca sıxaraq sürəti azaltmış,avtomobil hərəkətsiz vəziyyətdə olarkən arxasında hərəkətdə olan “VAZ 2106” markalı avtomobil arxadan ona çırpılmışdır. Baş vermiş hadisədən bədən xəsarəti alan olmamış, lakin avtomobillərə maddi ziyan dəymişdir. Sənan Nəvəfov ona dəymiş ziyanı qismən ödəmişdir,qalan bircunu da tezliklə ödəyəcəyinə söz vermişdir. İş materiallarına əlavə edilmiş Texniki Xidmət Məntəqəsinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli ziyan aktından görünür ki,“Mersedes C” markalı,**-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 500 manat ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, qənaitinə gələrək onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar