Məhkəmə qərarları › İş №3(041)-266/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-266/2025

18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-266/2025 18.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Kürdəmir rayon prokurorunu təmsil edən prokurorun böyük köməkçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, deməsinə görə məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyatda olmaqla yaşayan (Fin xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon prokurorluğundan daxill olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon prokurorluğundan daxil olmuş xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 2025-ci ilin yanvar ayının əvvəllərində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə hesab olunan marixuana istehlak etmiş, SHÇDX-nin Kürdəmir rayon şöbəsinin göndərişı əsasında xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Respublika Narkoloji Mərkəzi PHŞ-də stasionar müayinədə olarkən ondan götürülmüş sidik nümunəsinin tərkibində "THCtetrahidrokannabinol aşkar edilmiş və ona "tütünün zərərli istifadəsi, kannabinoidlərin arasıra qəbulu F17.1 diaqnozu qoyularaq narkotik vasitə hesab olunan marixuana istifadə etməsi müəyyən edilmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, 2025-ci ilin yanvar ayının əvvəllərində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində qanunsuz olaraq narkotik vasitə hesab olunan marixuana istehlak etmiş, 2025ci ilin fevral ayının ortalarında SHÇDX-nin Kürdəmir rayon şöbəsindən çağırılaraq Kürdəmir RMX-da tibbi müayinədən keçmişdir. Müayinə zamanı sidik analizinin nəticəsində marixuana istifadə etdiyi müəyyən olunmuş, bundan sonra xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək Respublika Narkoloji Mərkəzində stasionar müalicədə olmuş və orada verdiyi sidik analizində marixuana istifadə etdiyi yenidən təsdiq olunmuşdur. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Kürdəmir rayon prokurorunu təmsil edən prokurorun böyük köməkçisi M.A.Mustafayev çıxışında bildirdi ki, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Kürdəmir rayon şöbəsinin məktubuna əsasən Şəxs hərbi çağırışçı kimi Kürdəmir rayon Mərkəzi Xəstəxanasından narkoloji testdən keçirilmiş və Narkoloji testin nəticəsi passiv olduğu üçün Respublika Narkoloji Mərkəzinə əlavə tibbi müayinəyə yönəldilmişdir. Şəxs Respublika Narkoloji Mərkəzinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müayinədə olmuş, verdiyi təkrar analiz nəticəsində "THCtetrahidrokannabinol" aşkar edilmiş və ona "tütünün zərərli istifadəsi, kannabinoidlərin arasıra qəbulu F17.1 diaqnozu qoyulmuşdur. Bunun əsasında icraat aparılan şəxs, tərəfimizdən dəvət olunaraq izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş, Respublika Narkoloji Mərkəzi PHŞ-nin xx.xx.2025-ci il tarixli sağlamlıq vəziyyətinin müayinə edilməsi barədə 151/2025 nömrəli aktından görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək stasionar müayinədə olmuş, ondan götürülmüş sidik nümunəsinin tərkibində "THC-tetrahidrokannabinol" aşkar edilmiş və ona "tütünün zərərli istifadəsi, kannabinoidlərin ara-sıra qəbulu F17.1" diaqnozu qoyulmuşdur. Şəxs əməli özünün etirafı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsi, aktiv idmanla məşğul olması və hərbi çağırışçı oması, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməli və qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar