Məhkəmə qərarları › İş №3(041)-268/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-268/2023

16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-268/2023 16.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4 X1İ ilə, xx.xx.1982-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Kürdəmir rayonunun Ərəbxana kəndində yaşayan (xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq,1 M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə bir baş dişi dayçanı Kürdəmir-Zərdab yolunun Kürdəmir rayonu Ərəbxana kəndi ərazisindən keçən avtomobil yolunun asvalt qatına buraxmış, nəticədə Zərərçəkmiş şəxs idarə etdiyi «X8” markalı, 99OB920 dövlət qeydiyyat nişanlı avtomobil həmin heyvanı vurmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İXM-nin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq inzibati xəta törədən şəxs Şəxs və zərərçəkmiş şəxs X3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər, işə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir şəhər avtomobillərə texniki xidmət mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 04 nömrəli arayışda Zərərçəkmiş şəxs idarə etdiyi «X8” markalı, 99OB920 dövlət qeydiyyat nişanlı avtomobilə yol nəqliyyat hadisəsi zamanı ümumilikdə 3046 manat ziyan dəydiyi göstərilir. İş materiallarında olan Şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir RPŞ-da verdiyi izahatından görünür ki, özünə məxsus bir baş dişi at və həmin atın balası yaşadığı Kürdəmir rayonu Ərəbxana kəndindəki həyətində olduğunu, xx.xx.2023-cü il tarixdə atların həyətindən çıxaraq Kürdəmir-Zərdab yoluna keçməsindən məlumatının olmadığını, həmin gün saat 19 radələrində atların həyətdə olmadığını biləndən sonra axtarmaq üçün otlaq sahəsinə getdiyini, lakin atları tapa bilmədiyini, növbəti gün baş vermiş yol nəqliyyat hadisəsi zamanı ona məxsus bir baş dayçanın günün qaranlıq vaxtı yolda «X8” markalı, 99OB920 dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən vurulduğunu eşitmişdir. o Şəxs əməli işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXMnin 338.7-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İXM-nin 36.2-ci maddəsinə görə inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduqda, inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə yalnız hakim baxa bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəx Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində aşğıda həddə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin vurulan ziyanla bağlı hər hansı bir mübahisə yaranarsa tərəflərə məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah olunmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 (səksən) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Vurulmuş maddi ziyanın ödənilməsi barədə tərəflərə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar