Məhkəmə qərarları › İş №3(041)-268/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-268/2025

03.06.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-268/2025 03.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, 01 iyul 1994-cü ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Ərəbqubalı kəndində yaşayan- Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsi ilə Kürdəmir rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs 2019-2020 tədris ilində yetkinlik yaşına çatmayan qızı-xx.xx.2011-ci il təvəllüdlü X1 ümumi orta təhsil almaq hüququndan məhrum etmişdir. Kürdəmir rayon prokurorluğunda Şəxs inzibati məsuliyyətə cəlb olunması qərara alınmış və xx.xx.2025-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılaraq aidiyyəti üzrə baxılması üçün Kürdəmir Rayon Məhkəməsinə göndərilmişdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar onunla əsaslandırılmışdır ki, fiziki şəxs Şəxs maddi imkansızlıq səbəbindən 2019-2020-ci tədris ilində yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü qızı X1 məktəbdən çıxarmış, nəticədə övladı Bahar Mirzəliyevanı ümumi orta təhsil almaq hüququndan məhrum etmiş bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsi inzibati xətasını törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Şəxs məhkəməyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respubliaksı Elm və Təhsil Nazirliyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə təhsil sektorunun müdiri Rafael Məmmədov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, X2 2017-2018-ci tədris ilində Kürdəmir rayon V. Əhmədov adına Topalhəsənli kənd tam orta ümumtəhsil məktəbinin İ sinfinə qəbul olmuşdur.2018-2019-cu tədris ilində Kürdəmir şəhər S.Paşayev adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin İİİ sinfinə yerdəyişmə etmiş, 2019-2020-ci tədris ilində həmin məktəbin şagird kontingentindən xaric edilmişdir. Hazırda Kürdəmir rayon ümumtəhsil müəssisələrində təhsil almır. Azərbaycan Respublikası İXM-nin 181.0.1-ci maddəsinə əsasən, təhsil haqqında qanunvericiliyin pozulmasına, yəni təhsilin hər hansı pilləsindən, səviyyəsindən və formasından şəxsin məhrum edilməsinə görə, fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Şəxs əməli işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, o, təhsil haqqında qanunvericiliyin tələbini pozaraq 2019-2020-ci il tədris ilində yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü qızı X1 təhsil aldığı Kürdəmir rayon V. Əhmədov adına Topalhəsənli kənd tam orta məktəbdən çıxararaq onu ümumi orta təhsil almaq hüququndan məhrum etmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 181.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. . HAKİM: XALİQ İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar