Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-27/2023 05.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 və zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1989-cu Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Pirili kəndində yaşayan- X5 haqqında Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X5 xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Pirili kəndində mərkəzi küçədə adamların çox olduğu yerdə X2 ilə mübahisə edərək ictimai qaydanı pozan və ya fiztki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayət edilməyən hərəkətlər etmişdir. X2 raportu əsasında X5 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İXMnin 510-cu maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən X5 izahatında göstərdi ki, o, Kürdəmir rayonunun Pirili kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə yaşadığı kənddə küçədə olarkən polis əməkdaşalrı ona yaxınlaşaraq özlərini təqdim edib oğurluq hadisəsində şübhəli olduğu üçün ondan şikayət olduğunu demiş, o, da əsəbləşərək polis əməkdaşlarını və ondan şikayət edəni sömüşdür. Həmin vaxtı orada olan və adını sonradan bildiyi Anar Xəlilov ona sakitləşmsini xahiş etsə də o, sakitləşməmiş polisn qanuni tələblərinə tabe olmayaraq ucadan Anar Xəlilovu da söymüşdür. Bundan sonra polis əməkdaşarı onu məcbui qayda Kürdəmir RPŞ-nə gətirib barəsində AR İXM-nin 510 və 535.1-ci maddələri ilə protokol tərtib etmişlər. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də polis nəfəri işləyir. Kürdəmir rayonunun Pirili kəndində baş vermiş oğurluq hadisəsində şühbəli bilinən X4 izahatı alınması üçün dəfələrlə Kürdəmir RPŞ-nə dəvət etsələr də o, hər dəfə müxtəlif bəhanələrlə polis şöbəsinə gəlməkdən yayınmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə bir neçə polis əməkdaşları ilə birlikdə Urman Zenalovun yaşadıqları kəndə getmiş və onlar Urmanı kəndin mərkəzi hissəsində görüb ona yaxınlaşaraq özlərni təqdim etdikdən sonra məsələnin mahiyyətini izah etdikdən sonra onlarla birlikdə izahatı alınması üçün Kürdəmir RPŞ-nə getməsini xahiş etmişlər. O, isə ucadan qışqıraraq həm onu həm də ondan şikayət edəni söymüş, o, Urmana sakitləşməsini xahiş etmiş, lakin o, qanunsuz əməllərinə davam edərək polisin qanuni tələblərinə tabe olmayaraq onu nalayiq ifadələrlə təhqir etmişdir. Məhkəmə araşdırması zamanı X3 əməli özünün etirafı zərərçəkmiş şəxsin izahatı, şahid ifadəsi hadisənin baş vermə şəraitindən, habelə iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, X3 törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmədə inzibati xəta hadisəsi törədən X3 barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən X3 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq, tərəflər arasında belə halların dəfələrlə təkrar olunmasını və belə halların qarşısını almaq üçün məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İnzibati xəta törətmiş X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinib, ona 08 (səkikiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-27/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-27/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver