Məhkəmə qərarları › İş №3(041)-278/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-278/2023

03.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-278/2023 03.04.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Şəxs ASC-nin qanuni təmsilçisi X1 iştirakı ilə, Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq departamentindən daxil olmuş Şəxs X9 (VÖEN: **********) barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Mərkəzi Bankın Hüquq departamentindən daxil olmuş xx.xx.2023-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs X9 Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2- 706/2023 saylı məktubu ilə tələb edilən sənədləri (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməməsini təsdiq edən sənədlər (poçt tərəfindən təsdiq edilən qəbzi) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmiş, nəticədə Şəxs ASC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Şəxs ASC-nin qanuni təmsilçisi X2 izahatında göstərdi ki, Şəxs ASCnin rəhbəri X4 2017-ci ildə vəfat etdiyi üçün cəmiyətin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2123-cü il tarixədək dayandırılmış, göstərilən müddətlərdə cəmiyyətin ümumi yığıncağı keçirilməmişdir. Bundan əlavə, cəmiyyətə məxsus inzibati binalar 1990-cı ilin əvvəllərindən 11 məcburi köçkün ailəsi tərəfindən zəbt edilmiş, halhazırda da yaşamaqda davam edirlər. Ünvanlarına Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən göndərilən məktublardan xəbəri və məktubların kim tərəfindən qəbul edilməsindən məlumatı olmamışdır. Ola bilsin həmin məktublar orada yaşayan məcburi köçkünlər tərəfindən qəbul edilmiş və bununla bağlı ona heç bir məlumat verilməmişdir. Məhkəmə bildirişini alandan sonra oraya gedib məktublarla bağlı məcburi köçkünlərlə fərdi qaydada söhbətlər aparmış, lakin heç bir nəticə əldə edə bilməmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankın xx.xx.2023-cü il tarixli, 6-1-26/2-157/2023 nömrəli məktubunun təqdim edilməsi barədə xəbərnamədə imzası olan Elnur Həsənov adlı şəxsi tanımır, inzibati binada yaşayan məcburi köçkünlər arasında həmin adda şəxs müəyyən edilməmişdir. Digər xəbərnamədə məktubu alan şəxsin soyadı və adı göstərilmədiyindən həmin şəxsi də müəyyən etmək mümkün olmamışdır. Hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Bütün bunları nəzərə alaraq, Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasınının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi təyin edilmiş məhkəmə iclasına heç bir üzrlü səbəb bildirmədən gəlməmiş və gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Odur ki, işə Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan işdə olan sənədlər əsasında baxılması mümkün hesab edilmişdir. İşdə olan, səhmdar X5 xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına verdiyi ərizəsində səhmdarı olduğu Şəxs ASC-də və digər cəmiyyətlərdə son bir neçı ildə səhmdar cəmiyyətinin ümumi yığıncağının keçirilmədiyini, həmin cəmiyyətlər barəsində tədbir görülməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Mərkəzi Bankın istehlakçılarla iş departamentinin direktoru X.Babayevin Şəxs X7 ünvanladığı xx.xx.2023cü il tarixli, 6-1-26/2-157/2023 nömrəli məktubunda vətəndaş Yunis Mehdiyevin müraciətində qeyd edilən məsələnin araşdırılması və nəticəsi barədə məlumatı zəruri sənədlər (2021-ci ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokolları və həmin yığıncaqlara səhmdar Y.Mehdiyevin dəvət edilməsini təsdiq edən sənədlər (poçt tərəfindən təsdiq edilən qəbz) əlavə edilməklə 07 gün ərzində Mərkəzi Banka təqdim edilməsi xahiş olunmuş, məktubun xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə kuryer tərəfindən Elnur Həsənova adlı şəxsə digər qaydada təqdim edilməsi barədə xəbərnamə məktuba əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş, Azərbaycan Respublikası Mərkəzi Bankın baş direktoru Z.Əliyevin Şəxs X7 ünvanladığı xx.xx.2023-cü il tarixli, 6-1-26/2-706/2023 nömrəli məktubunda Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixli, 6- 1-26/2-157/2023 nömrəli sorğusu ilə tələb edilən sənədlərin Şəxs ASC tərəfindən təqdim edilmədiyi, sorğuda qeyd edilən sənədlərin 5 iş günü ərzində Mərkəzi Banka təqdim edilməsi tələb olumuş, əks halda İXM-nın 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati məsuliyyətə cəlb olunmaları barədə xəbərdarlıq edilmişdir. Məktubun xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə kuryer tərəfindən şəxsən təqdim edildiyi qeyd edilmiş. lakin məktubu qəbul edən şəxsin adı və soyadı göstərilməmişdir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Şəxs ASC-nin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2123-cü il tarixədək dayandırılmışdır. İş materiallarında olan, Kürdəmir rayonu Atakişili Bələdiyyəsinin verdiyi xx.xx.2023cü il tarixli, 108 nömrəli arayışdan görünür ki, Şəxs ASC-nin inzibati binasında 11 məcburi qaçqın və köçkün ailəsi yaşayıb, hal-hazırda bir neçə ailə yaşamaqdadır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs ASC-nin qanuni təmsilçisi X1 izahatını, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, əməlində inzibati xəta tərkibi olmadığına görə Şəxs ASC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Hazırki işin faktiki hallarından görünür ki, Şəxs ASC kimi xx.xx.2003-cü ildə dövlət qeydiyyatına alınmış, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsində vergi uçotuna alınmışdır. Hüquqi ünvanı olan ünvan 2n ailələri məskunlaşmış, ASC-nin fəaliyyəti xx.xx.2017-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2123-cü il tarixədək dayandırılmışdır. Bu səbəbdən də, ASC-yə ünvanlanmış bildirişlərin onlara çatmaması barədə cəmiyətin qanuni təmsilcisi H.A.Dünyamalıyevin məhkəmədə verdiyi izahatı inandırıcı görsənməklə yanaşı, Azərbaycan Respublikası Mərkəzi Bankın ASC-yə göndərdiyi hər iki məktubun həqiqətən də, Şəxs ASC-nin hər hansı bir əməkdaşı tərəfindən qəbul edildiyi barədə heç bir sübut işə əlavə edilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs ASC-nin inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs ASC-nin barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar