Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-28/2024 09.02.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlu Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov Pərviz Saleh oğlunun, Zərərçəkmiş şəxs Həsənov Bayram Gülməhəmməd oğlunun iştirakları ilə, 16.08.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan Nəsirov Pərviz Saleh oğlunun barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş 22.12.2023-cü il tarixdə inzibati xəta haqqında İXP 5921052 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov Pərviz Saleh oğlu 23.12.2023-cü il tarixdə saat 17 radələrində «VAZ 2105» markalı, 99-OX-581 dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitələrini idarə etmə hüququ olmadan sərxoş vəziyyətdə idarə etmiş və yol nəqliyyat hadisəsi törədərək zərər çəkmiş şəxs Həsənov Bayram Gülməhəmməd oğluna maddi zərər vurmuş, nəticədə P.S.Nəsirov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov Pərviz Saleh oğlu izahatında bildirdi ki, ailəsi ilə birlikdə Sor-Sor kəndində yaşayır, fərdi əməklə məşğul olur, nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. 23.12.2023-cü il tarixdə toy məclisində bir qədər spirtli içki qəbul etmiş, həmin gün saat 17 radələrində həmkəndlisinə məxsus «VAZ 2105» markalı, 99-OX- 581 dövlət qeydiyyat nişanlı avtomobil ilə nəqliyyat vasitələrini idarə etmə hüququ və etibarnamə olmadan sərxoş vəziyyətdə Kürdəmir şəhəri ərazisində idarə edərkən işiqforda sürəti azaldaraq dayanan zaman ara məsafəsini düzgün seçmədiyi üçün qarşıda dayanan Həsənov Bayram Gülməhəmməd oğluna məxsus “Opel Vectra” markalı, 10-VA-650 dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən vurmuş və yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş, lakin xəsarət alan olmamışdır. Həsənov Bayram Gülməhəmməd oğluna dəymiş ziyanın bir qismini ödəməyi təklif etmiş, lakin sonradan aralarında razılıq əldə edə bilməmişlər. P.S.Nəsirov izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs Həsənov Bayram Gülməhəmməd oğlu izahatında bildirdi ki, 23.12.2023cü il tarixdə saat 17 radələrində istifadəsində olan “Opel Vectra” markalı, 10-VA-650 dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir şəhəri ərazisində hərəkətə olarkən avtomobili işiqforun qırmızı işığında saxlamış, həmin vaxt sonradan tanıdığı Nəsirov Pərviz Saleh oğlu idarə etdiyi «VAZ 2105» markalı, 99-OX-581 dövlət qeydiyyat nişanlı avtomobili ilə onun avtomobilinin arxa hissəsinə vurub yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə vaxtı bədən xəsarətləri almamış, lakin avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı hazırda Nəsirov Pərviz Saleh oğlu ilə aralarında razılıq yoxdur, Pərviz dəymiş ziyanı ödəmək fikrində deyil. Dəymiş ziyanı ödəməkdən yayındığı üçün P.S.Nəsirov barəsində qanuni tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş 04 saylı 23.12.2023-cü il tarixli ziyan aktından görünür ki, Həsənov Bayram Gülməhəmməd oğluna məxsus “Opel Vectra” markalı, 10-VA-650 dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1300 manat maddi ziyan dəymişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov Pərviz Saleh oğlunun törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Azərbaycan Respublikasının İXM-nin 334.3-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsi və yol hərəkəti qaydalarının pozulması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, səkkiz yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Nəsirov Pərviz Saleh oğlunun əməlində məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alıram. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Nəsirov Pərviz Saleh oğlunun şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, törətdiyi inzibati xətaya görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Həmçinin dəymiş ziyanla bağlı zərərçəkmiş şəxsə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüquqları izah edilsin. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Nəsirov Pərviz Saleh oğlu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 1 (bir) ay müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbs etmənin əvvəli 25.12.2023-cü il tarixdən hesablansın. Zərərçəkmiş şəxsə dəymiş ziyanla bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüquqları izah edilsin. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-28/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-28/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver