Məhkəmə qərarları › İş №3(041)-281/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-281/2023

30.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-281/2023 30.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, Barəsində inzibati icraat açılmış şəxs Şəxs iştirakı ilə xx.xx.1987 ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli,Bakı şəhəri,Yasamal rayonu B.Səfəroğlu küçəsi,95 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan “Winchester” markalı, 12 çaplı, 1 lüləli, 11HZ13893 nömrəli yivsiz ov tüfəngini qeydiyyatsız saxlamışdır. Şəxs əməlində cinayət hadisəsi müəyyən edilmədiyindən xx.xx.2023-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin təhqiqatçısı tərəfindən cinayət işinin başlanılması rədd edilmiş və onun barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında barəsində inzibati craat açılmış şəxs Şəxs bildirdi ki, o, Bakı şəhərində yaşasa onun Kürdəmir rayonda qohumları vardır. O, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Winchester” markalı, yivsiz ov tüfəngi ilə sarı su adlanan yerdə 1 ədəd çöl toyuğu ovlamış və Kürdəmir rayonujh Sor-Sor kəndində gölün yanında şəkil çəkdirərkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşraq özlərini təqdim edin həmin silahın sənədinin olub-olmamasını soruşmuş və onun qanunsu ov ilə məşğl olmasını bildirib izahatı alınması üçün Kürdəmir rayon polis şöbəsinə gətirmişlər. O,həmin tüfəngi qanuni əsaslarla almış və sənədin saxta olmasını bilməmişdir. Əməlində peşman olmasını və ilk dəfə inzibati xəta hadisəsi törətməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Kürdəmir RPŞ-nin sorğusuna əsasən Nərimanov RPİ-dən alınmış məktubunda Şəxs məxsus “Winchester” markalı, 12 çaplı, 1 lüləli, 11HZ13893 nömrəli yivsiz ov tüfənginin Nərimanov RPİ-nin icazə sistemində olmadığı göstərilmişdir. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta hadisəsi özünün etirafı və işə əlavə olunmuş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməsi qanuna uyğundur. Azərbaycan Respublikası İXM-nin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə inzibati xəta hadisəsi törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini nəzərə alaraq “Winchester” markalı, 12 çaplı, 1 lüləli, 11HZ13893 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməklə inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129-130-cumaddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 1 ədəd “Winchester” markalı, 12 çaplı, 1 lüləli, 11HZ13893 nömrəli yivsiz ov tüfəngi müsadirə edilməklə 80 (səksən) manat miqdarda inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Kürdəmir rayon polis şöbəsində saxlanılan 1 ədəd “Winchester” markalı, 12 çaplı, 1 lüləli, 11HZ13893 nömrəli yivsiz ov tüfənginin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin Mərkəzi anbarına təhvil verilməsi Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar