Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-282/2023 16.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X1, İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, Kərimov X2 rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-26/2021 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi göstərilir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru R.R.Əsgərov inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-26/2021 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 3030 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. Hazırda borclunun tələbkara olan borcu 1720 manat təşkil edir. İcra sənədini icra etməkdən yayındığı üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edərək adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-26/2021 saylı icra vərəqəsinə əsasən ondan ümumilikdə 3030 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Maddi imkanı zəif olduğu üçün icra sənədini bu günə kimi tam şəkildə icra edə bilməmişdir. Tələbkara 2023-cü ilin yanvar ayında 100 manat və fevral ayında 150 manat, bu günə kimi isə ümumilikdə 1310 manat pul ödəmişdi. Hazırda tələbkara olan borcu 1720 manat təşkil edir. 2023-cü ilin may ayına kimi borcunu tam şəkildə ödəyəcəkdir. xx.xx.2023-cü ildə icra məmurunun dəvəti iləKürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və icra məmuruna verdiyi izahatında yuxarıda qeyd edilənləri olduğu kimi göstərmişdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, borclu Şəxs 2023-cü ilin yanvar ayında 100 manat və fevral ayında 150 manat, bu günə kimi isə ümumilikdə 1310 manat pul ödəmişdir. Hazırda borclunun ona olan borcu 1720 manat təşkil edir. 2023-cü ilin may ayına kimi borcunu tam şəkildə ödəyəcəyinə söz vermişdir. Odur ki, protokolla bağlı qanuni qərara qəbul edilməsini xahiş etdi. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(041)-26/2021 saylı icra vərəqəsinə əsasən Şəxs ümumilikdə 3030 manat pul alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmiş, lakin borclu Şəxs maddi imkansızlığa görə icra sənədini tam şəkildə icra edə bilməmişdir. Bundan əlavə borclu tələbkara 2023-cü ilin yanvar ayında 100 manat və fevral ayında 150 manat, bu günə kimi isə ümumilikdə 1310 manat pul ödəmişdir. Hazırda borclunun tələbkara olan borcu 1720 manat təşkil edir və 2023-cü ilin may ayına kimi borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-282/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-282/2023
16.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver