Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-286/2024 27.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin ica məmuru X1 iştirakı ilə xx.xx.1983-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olanKürdəmir rayonu Karrar kəndində yaşayan- Şəxsnın barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs məhkəmə qərarlarını qəsdən icra etmədiyi üçün xx.xx.2024-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmiş və onun inzibati məsuliyyətə cəlb eduilməsi xahiş edilmişdir. Məhkəmədə Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru, X3 göstərdi ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1658/2021 saylı ica sənədinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 175 mana olmaqla, ümumilikdə 350 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuş, lakin o, əvvllər borcundan hissə-hissə ödəsə də son vaxtlar heç bir ödəniş etməmiş və onun 5490 manat aliment borcu qalmışdır.Məhkəmə tərəfindən ona verilən vaxt ərzində o, aliment 350 manat alimentini və 1000 manat da aliment borcundan ödəniş etmiş, qalan borcunu da hissə-hissə ödəyəcəyinə söz vermişdir. Məhkəmə iclasında Şəxs izahatında göstərdi ki, Suraxanı rayon məhkəməsinin 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 350 manat aliment tutularaq alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Özü əvvəllər işlədiyi üçün borcunun bir qismini vermiş, sonradan imkanı olmadığı üçün ödəniş edə bilməmiş və onun 5490 manat aliment borcu qalmışdır. Barəsində inibati xəta haqqında protokol tərtib edildikdən sonra o, aliment borcundan təlbkara 1000 manat hazırki ay üzrə olan aliment də olmaqla, ümumilikdə 1350 manat ödəmiş, qalan borcunu da hissə-hissə ödəyəcəkdir. O, məhkəmə qətnaməsinin icra edilməməsinə görə məsuliyyətini başa düşür. Odur ki, barəsində tərtib olunmuş inzibati materiala xitam verilməsini xahiş etdi. Beləliklə, məhkəmə barəsində inzibati icraat açılmış Şəxs və İcra məmuru İlham Əliyevin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati material üzrə icraata xitam verilməlidir. Belə ki, Suraxanı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)-1658/2021 saylı ica sənədinə əsasən xx.xx.2007-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2010-cu il tarixdə anadan olmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2021-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə sabit pul məbləğində 175 mana olmaqla, ümumilikdə 350 manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqi Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və icra sənədi üzrə icraata başlanılaraq Şəxs qanuna uyğun olaraq könüllü icra üçün vaxt verilmiş, onun icra şöbəsinə gəlməsi və borcunu ödəməsi tələb olunmuşdur. Borclu Şəxs məhkəmə tərəfindən verilmiş vaxt ərzində o, tələbkara ümumilikdə 1350 manat ödəmiş və qalan borcun da hissəhissə ödəyəcəyinə söz vermişdir.Şəxs məsuliyətini başa düşdüyünü və məhkəmə qərarına hörmətlə yanaşdığını bildir barəsində olan inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə yuxarıda şərh olunanları nəzərə alaraq hesab edir ki, Şəxsnın hərəkətlərində məhkəmə qərarının icrası ilə bağlı heç bir qərəz yoxdur və İcra məmumurunun çağırışına da könüllü olaraq gəlmiş və icra sənədi üzrə borcundan ödəniş etmişdir. Ona görə də onun barəsində olan inzibati icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsində göstərilir ki, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında işüzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 53,106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-286/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-286/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver