Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-29/2023 26.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1989-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz Kürdəmir rayonu Pirii kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2023-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Kürdəmir rayonunun Pirili kəndində yaşayır. Yaşadığı kənddə Pirili kəndində olan oğurluq hadisəsində o, da şübhəli olmuş və onun evinə gələrək izahatı alınması üçün polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə getməsini tələb etsələr də o, polis şöbəsinə getməkdən qorxmuşdur. xx.xx.2023-cü il tarixdə o, kənddə olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra məlum hadisyə görə izahatı alınması üçün onu polis şöbəsinə dəvət etmişlər. O,gəlmək istəməmiş məcburi onu polis şöbəsinə gətirmək istəyəndə polis əməkdaşlarına müqavimət göstərərək onların qanuni tələblərinə tabe olmamışdır. Bundan sonra polsi əməkdaşları onu məcburi şəkildə polis şöbəsinə aparıb barəsində inzibati tənbeh vermə haqqında protokol tərtib etmişlər. Hazırda əməlidən peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonunun Pirili kəndində olan oğurluq hadisəsində Şəxs da şübhəli olmuş və dəfələrlə onu yaşadığı ünvana gedilərək onu polis şöbəsinə dəvət etsələr də Urman hər dəfə müxtəlif bəhanələrlə polis əməkdaşlarını aldadaraq polis şöbəsinə gəlməkdən imtina etmişdir. xx.xx.2023-cü il tarixdə onlar, Pirili kəndində olarkən Urmanı küçədə görmüş və ona yaxınlaşaraq özlərini təqdim edib şübhəli olduğu hadisə üzrə izahatı alınması üçün birlikdə Kürdəmir RPŞ-nə dəvət etmiş, lakin Şəxs onlara müqavimət göstərərk qanuni tələblərə tabe olmamışdır. Bundan sonra onlar məcbur olub Şəxs məcburi qaydada polis şöbəsinə gətirib barəsində inzibati xəta haqqında protokol tərtib etmişlər. Məhkəmə araşdırması zamanı Şəxs əməli özünün etirafı, şahid ifadəsi, hadisənin baş vermə şəraiti barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə inzibati xəta törədən Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tuta QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir RPŞ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(041)-29/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-29/2023
26.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver