Məhkəmə qərarları › İş №3(041)-29/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-29/2024

11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-29/2024 11.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə xx.xx.1991-ci il tarixdə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Ağdam rayonunda qeydiyyatda olmaqla, Kürdəmir rayonunda 564 ailəlik qəsəbədə bina 12,m 15-də yaşayan – Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 05 radələrində etibarnamə olmadan qardaşı X10 məxsus “Mrsedes C 230” markalı,**-CT-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, Bakı prospektində hərəkətdə olarkən idarəetməni itirərərk yolayrıcını keçmə qaydasını pozaraq “dördyol” dairəsinəçırpılıb çeçib kedib yolun sağında yerləşən məişət malları satılan dükana dəyərək yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə avtombildə olan sərnişinlər 1992-ci il təvəllüdlü X1 qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət və 1965-ci il təvəllüdlü X2 zərərvurmayan xəssarətlər almışlar. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində inzibati icraat açılmış şəxs Şəxs Əi oğluna və zərərçəkmiş şəxslərə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onlar, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati materiala onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Barəsində inzibati icraat açılmış Şəxs təhqiqat bölməsində verdiyi ixahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 04.30 radələrində öz evində yatmış və bu vaxt qonşuluqda yaşayan qardaşı X11 ona zəng vuraraq qızı Zəhranın sudurğası tutduğunu və onu xəstəxanaya aparmaq lazım olduğunu demiş,o da dərhal yuxudan qalxaraq qardaşı Hafisgilə keçib uşağı xəstəxanaya aparmaq üçün avtmobili olmadığından digər qardaşı İsa Həsənovdan ona məxsus “Mersedes C 230” markalı,**-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün icazə istədiyini,İsa da icazə verdiyini,lakin idarə etmək üçün etibarnaməsi olmasa da həmin avtomobili idarə edib 8 yaşlı Zəhranı Kürdəmir RMX-na aparmaq üçün yola çıxmışlar. Avtomobilin qarşı tərəfində anası Raisə Həsənova,arxa sərnişin yerində isə Hafis Həsənov və onun 8 yaşlı qızı Zəhra əyləşmişlər. Həmin vaxtə saat təxminən 05 radələri olmuşdur.Kürdəmir şəhəri, Babək prospektində 60 km/saat la hərəkətdə olarkən idrəetməni itirərərk əvvəl”dördyol” dairəsinə çırpılıb keçib getmiş,yolun sağında yerləşən məişət malları satılan düküna dəyərək yol nəqliyyat hadisəsi törətmiş,nəticədə avtomobildə olan sərnişinlər anası Raisə Həsənova,qardaşı Hafis Həsənov və özü də müxtəlif dərəcəli xəsarət aldıqlarını gösrtərmişdir. Təhqiat Bölməsində zərərçəkmiş şəxslər X8 da Şəxs ilə eyni məzmundə izahat verib onun göstərdikləri xüsusatları təsdiq etmişdir. Təhqiat Bölməsində izahatı alınmış X13 izahatındas göstərmişdir ki, onun özünə əxsus “Mersedes C230” markalı, **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.xx.xx.2023cü il tarixdə saat 04.30 radələrində o, Ağdam rayonunda olmuş,özünə məxsus avtomobili isə yaşadıqları Kürdəmir raonunda binanın qarşısında saxlamış,açarları da evinənə vermişdir.xx.xx.2023-cü il tarixdə anası Raisə ona zıəng edərək qardaşı Hafisin qızı Zəhranın sudurğası tutduğunu onu təcili xəstəxanaya aparmaq lazım olduğöunu demiş və Cabirə avtomobili idarə etməyə icazə istəmiş,o,da icazə vermişdir.Sonradan Cabirin yol nəqliyyat hadisəsi törətdiyini eşitmişdir. Onun Cabirə qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. Təhqiqat Bölməsində izahatı alınmış X5 izahatında göstərmişdir ki,onun Kürdəmir şəhəri, Bakı prospektinin kənarında özünə məxsus məişət avadanlıqları satılan mağazaı vardır. Hər gün axşam mağazanı bağlayıb çıxıb evlərinə gedərək səhər tezdən gəlib mağazanı açır.xx.xx.2023-cü il tarixdə gecə saat 05 radələrində qarovulçu on azəng vuraraq “Mersedes”markalı avtomobilin sürətlə gəlib “dördyol” dairəsinə toxunub və sonra onun mağazasına çırpıldığını demiş,o,gəlib mağazanın qarşı tərəfinin əzilməsinin gördüyünü,mağazanın 9 kv.metrlik yerin yararsız hala düşdüyünü,sonra isə həmin 9 kv.metrin arxasındakı qırmızı kərpicdən hörülmüş barın dağıldığını,eyni zamanda binanın qarşısındakı 1 kv metr mər-mər ağlay hissəsinin dağıldığını,binaın içərisindəki şüşə arakəsmə də dağıldığını,həmçinin içəridə satışda olan 15 ədəd mallar(smart saat,pover bank və digər telefon aksessuarları) tələf olmuş,həmin yol -nəqliyyat hadisəsi amanı ona ümumilikdə 3500 manat maddi ziyan dəydiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 420 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 617 nömrəli rəyində 1991-ci il təvəllüdlü Şəxs beyinin sərt qişası altında qansızma,sağ kürək sümüyünün qapalı sınığı,burun sümüyünün qapalı sınığı,üzün və burun sıyrıqların küt əşya təsirindən əmələ gəldiyi,yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi,müddətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi,dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 619 nömrəli rəyində 1992-ci il təvəllüdlü X4 sarğı sağ bud çanaq nahiyələrində qançır,onurğa sütununun bel şöbəsi və sağ bud -çanaq oynağıın kapsul-baş aparatının gərilməsi(əziyi)n küt əşya təsirindən əmələ gəldiyi,yol nəqliiyyat hadisəsi nəticəsində əmələm gələ bilməsi,müddətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi,dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edildiyi göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 618 nömrəli rəyində 1965-ci il təvəllüdlü X6 alnında sıyrıq,sol gözaltı yumşaq toxumalarda qançırın,küt əşya təsirindən ələgəlməsi, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ biməsi,müddətin xx.xx.2023-cü il tarixə uyğun gəldiyi,dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlər olduğu gösərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda KKürdəmir RİHB-nın şəhər İnzibati dairəsi üzrə X3 sorğusuna cavab məktubunda xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqlyyat hadisəsi zamanı Kürdəmir şəhəri,Bakı prospektində yerləşən “dördyol” deyilən dairəsinə ümumilikdə 1128 manat 08 qəpik ziyan dəydiyi göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs və zərərçəkmiş şəxsklərin təhqiqat Bölməsinə verdiyi izahatları və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar