Məhkəmə qərarları › İş №3(041)-29/2025

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-29/2025

06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-29/2025 06.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X1, Quliyeva Sürəyya İsmayıl qızının katibliyi ilə, X2 Kürdəmir RPŞ X7 bölməsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından daxil olmuş şikayət üzrə X2 ərizəsinə və iş materiallarına baxaraq, Müəyyən etdim: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Kürdəmir RPŞ X7 Bölməsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolunun ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını, əsassız qərar qəbul etmiş polis əməkdaşları müəyyən edilməklə Baş X7i İdarəsinə məlumat göndərilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işdən məlum olur ki, X3 şikayət ərizəsində xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan şikayət vermişdir. Azərbaycan Respublikası İXM-nin 100.5-ci maddəsinə əsasən, protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər.https://e-qanun.az/framework/46960 Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən, İnzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) verilir: 128.2.1. hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə; 128.2.2. kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə; 128.2.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə. Qeyd edilməlidir ki, İXM-nin müvafiq normalarına əsasən, inzibati xəta haqqında protokol sübut növü olmaqla, baş vermiş inzibati xəta hadisəsinin qeydə alınmasını əks etdirməklə barəsində icraat aparılan şəxs tərəfindən inzibati xəta haqqında protokoldan deyil, həmin protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa X2 inzibati məsuliyyətə cəlb edilməsindən təxminən 1 aya yaxın müddət keçmişdir ki, belə olan halda X3 inzibati tənbeh vermə haqqında qərardan nəzərdə tutulmuş 10 gün müddətində şikayət verməmiş və qanunla nəzərdə tutulmuş müddəti buraxmışdır. Eləcə də, X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərkən buraxılmış müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən, bu Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1- 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Məhkəmə qeyd olunan halları nəzərə alaraq hesab edir ki, X2 şikayət ərizəsi baxılmadan geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109.1-ci və 130-cu maddələrini rəhbər tutaraq , QƏRARA ALDİM: X3 tərəfindən Kürdəmir RPŞ X7 Bölməsinin xx.xx.2024-cü il tarixli, İXP ******* saylı protokolundan verilmiş şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər baxılmadan geri qaytarılsın. Hakim Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar