Məhkəmə qərarları › İş №3(041)-293/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-293/2025

19.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-293/2025 19.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X13 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hikmət Quliyev, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1995-ci ildə Kürdəmir rayonu, Muradxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, Kürdəmir rayonu, Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-in) 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-645/2024 saylı icra sənədinə əsasən, cavabdehlər X4 ödənilməmiş maddi ziyana görə 16521 manat və ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat tutularaq iddiaçı X6 ödənilməsi qət edilmişdir. İcra sənəd Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Bununla da borclu borcunu ödəməsi barədə icra məmurunun qanuni tələbinə tabe olmur. Borclu icra sənədini icra etmədiyindən və icra məmurunun qanuni tələbinə tabe olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında X10 izahat verərək bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-645/2024 saylı icra sənədinə əsasən, ondan 16521 manat alınaraq küçmiş qaynanası Atikat Əliyevnaya verilməsi qət edilmişdir. Rəsmi iş yeri yoxdur, kafedə işləyir, azyaşlı uşağı da vardır. Maddi imkanı aşağıdır. X1 məhkəmə iclasında izahat verərək X7 barəsində həbslə əlaqədar olmayan inzibati tənbehin verilməsini məhkəmədən xahiş etdi. Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru Hikmət Quliyev məhkəmə iclasında izahat verərək bildirdi ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-645/2024 saylı icra sənədinə əsasən, cavabdeh X4 16521 manat və ödənilməmiş dövlət rüsumunun əvəzi olaraq 93 manat tutularaq iddiaçı X6 verilməlidir. İcra sənəd Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş və xx.xx.2024-cü il tarixdə icraata başlanılmışdır. Borcluya borcunu ödəməsi barədə müvafiq qaydada qərar və bildiriş göndərilmişdir. Lakin borc könüllü ödənilməmişdir. Borcun ödənilməsi barədə borcluya təklif edilsə də, o borcunu ödəməmiş, ona görə də məcburi icra tədbirləri həyata keçirilmiş, o cümlədən borclunun əmlak vəziyyəti yoxlanılmış, borcun yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borcluya borcunu ödəməsi təklif edilmiş, lakin borclu tərəfindən əsaslı səbəb olmadan borc ödənilmir. Odur ki, qanuni tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, 1979-cu ildən Azərbaycan Respubliksına gəlmiş və həmin vaxtdan da Azərbaycanda yaşayır və Azərbaycan dilini mükəmməl bilir. Lala onun gəlini olmuşdur. Sonradan Lala boşanmışdır və onun evindən oğurluq etmişdir.O, pulunu və malını tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edir. Həmin qanunun normasının mətnindən aydın olur ki, həmin maddə ilə inzibati xəta tərkibinin yaranması üçün şəxs tərəfindən məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələbləri yerinə yetirilməməli və ya icra sənədi üzürsüz səbəbdən icra edilməməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi, onun müdafiəçisini və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib, təqdim olunmuş inzibati xəta materiallarını tədqiq edərək hesab edir ki, borclu X2 rayon İcra və Probasiya şöbəsinə daxil olmuş Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)- 645/2024 saylı icra sənədi üzürsüz icra etmir və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmir. Məhkəmə X7 icra sənədinin icra olunmasından boyun qaçırmasına və icra məmurun qanuni tələblərini yerinə yetirməməsinə dair gətirdiyi arqumentləri heç bir sübutla əsaslandırılmamış mülahizəsi hesab edir və bunu inzibati məsuliyyətdən müdafiə cəhdi kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, X7 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi vardır və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə inzibati xəta törətmiş şəxs barəsində inzibati tənbehin növünü və həddini müəyyən edərkən, inzibati xəta hadisəsinin törədilmə üsulunu, təqsirkarın şəxsiyyətini, maddi vəziyyətini və işin digər hallarını nəzərə alır, belə nəticəyə gəlir ki, X10 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyası həddində cərimə inzibati tənbehinin tətbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106-112-ci, 114-115-ci və 117-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 700 (yeddi yüz) manat məbləğində cərimə inzibati tənbehi təyin edilsin. Qərarın icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti inzibati xəta törətmiş şəxsə göndərilsin. Qərardan təqdim olunduğu gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar