Məhkəmə qərarları › İş №3(041)-294/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-294/2025

01.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-294/2025 01.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8 Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Kürdəmir rayon YNH baş inspektoru polis kapitanı X2, Zərərçəkmiş şəxslər X1, X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 iştirakları ilə, xx.xx.1964-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Köhünlü kəndində qeydiyyatda olmaqla yaşayan, (AZE********) X3 barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2025-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 idarə etdiyi “Vaz 21150” markalı, **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə, saat 16.45 radələrində Kürdəmir rayonu Köhünlü kəndi ərazisində hərəkətdə olarkən sərxoş olduğu üçün idarə etməni itirmiş və “Vaz 21154” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Vaz 21154” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil irəliyə gedərək marketin giriş qapısı ilə toqquşaraq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş, nəticədə H.M.Cəlilov tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında X10 tərtib etdiyi inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, X9 **-CN-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2025-ci il tarixdə, saat 16.45 radələrində Kürdəmir rayonu Köhünlü kəndi ərazisində hərəkətdə olarkən sərxoş olduğu üçün idarə etməni itirmiş və “Vaz 21154” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən “Vaz 21154” minik markalı, **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobil irəliyə gedərək marketin giriş qapısı ilə toqquşaraq maddi zərərlə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Aparılmış araşdırma zamanı H.M.Cəlilovun izahatları alınmış, Azərbaycan Respublikası İXM-nın 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati tədbirin görülməsi üçün Kürdəmir RPŞ-DYPB-ya göndərilmişdir. Odur ki, tərtib edilən inzibati xəta haqqında protokolla bağlı qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında X9 izahatında bildirdi ki, 23 mart 2025-ci il tarixdə saat təxminən 16:45 radələrində VAZ 21150 minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında alkoqol sərxoşluğu vəziyyətində özü idarə edərək Kürdəmir rayonu Köhünlü kəndi ərazisindən keçən asfalt yolda saatda təxminən 30-40 kilometr sürətlə hərəkətdə olan zaman yolun sol kənarında yerləşən X11 məxsus marketin qarşısında dayanmaq məqsədilə sola dönərək marketə tərəf hərəkət etməyə başlamış, sərxoş olduğu üçün dayanmaq məqsədilə əyləcə basa bilməmiş və avtomobilin ön hissəsi marketin qarşısında dayanmış VAZ 21154 minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, zərbənin təsirindən VAZ 21154 minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil irəliyə gedərək marketin giriş qapısına dəymişdir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı təhlükəsizlik kəmərindən istifadə etmiş, avtomobilində tək olmuş və heç bir bədən xəsarəti almamışdır. Zərərçəkmiş şəxslər sığorta məbləği ilə razılaşaraq ona qarşı şikayətləri olmamışdır. Bütün bunları nəzərə alıb barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Zərərçəkmiş şəxs X4 izahatında göstərdi ki, 23 mart 2025-ci il tarixdə saat təxminən 16:30 radələrində mülkiyyətində olan VAZ 21154 minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobili özü idarə edərək Kürdəmir rayonu Köhünlü kəndi ərazisində yerləşən marketin qarşısına gələrək avtomobili həmin market istiqamətində saxladı. O, avtomobilin duracağa qoymuş, mühərriki söndürüb və qapıları kilidləyərək oradan çıxıb gedib. Həmin gün saat təxminən 17 radələrində oğlu ona zəng edərək VAZ 21150 minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobilin ona məxsus avtomobil ilə toqquşduğunu bildirdi. Bundan sonra o avtomobilin yanına getdi. Orada olarkən həmkəndlisi Hacı Cəlilovun idarə etdiyi VAZ21150 minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ona məxsus dayanmış halda olan VAZ 21154 minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşduğunu və zərbənin təsirindən avtomobilinin irəliyə gedərək marketin giriş qapısı ilə toqquşduğunu müəyyən etdi. Bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilində heç kim olmamışdır. Lakin, qəza nəticəsində avtomobilə 1000 manatdan çox maddi zərər dəymişdir. Avtomobili sığortalı olduğuna görə dəymiş ziyan sığorta tərəfindən ona ödənilmişdir. Odur ki, X5 qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs X13 izahatında göstərdi ki, Kürdəmir rayonu Köhünlü kəndində yaşayır. Kürdəmir rayonu Köhünlü kəndində yerləşən market ona məxsusdur. 23 mart 2025-ci il tarixdə saat təxminən 16:50 radələrində marketdə satıcı işləyən X7 ona zəng edərək həmkəndlisi X3 idarə etdiyi VAZ 21150 minik markalı, ** CN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə marketin qarşısında dayanmış VAZ 21154 minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan toqquşduğunu və zərbənin təsirindən VAZ 21154 minik markalı, ** DX *** dövlət qeydiyyat nişanlı avtomobil irəliyə gedərək marketin giriş qapısı ilə toqquşduğunu bildirdi. Bundan sonra ona məxsus marketin qarşısına getdi. Orada olarkən marketin giriş qapısının yerindən çıxaraq yararsız vəziyyətə düşüyünü, qapısının şüşələrinin sındığını və dondurma soyuducusunun matorunun zədələndiyini müəyyən etdi. Yol-nəqliyyat hadisəsi zamanı ona məxsus marketin giriş qapısının yararsız hala düşməsi nəticəsində 1100 manatdan çox maddi zərər dəymişdir. Dəymiş ziyan sığorta tərəfindən ona ödənildiyindən, X5 qarşı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikasının İXM-nın 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə, nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. X3 törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxslərin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. H.M.Cəlilovun ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nın 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. X3 şəxsiyyətini, törətdiyi xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən halları, zərərçəkmiş şəxslərin ondan şikayətçi olmamalarını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özünün həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törətməsinin qarşısını almaq məqsədini nəzərə alaraq, onun barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Ağsu rayonu 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə və Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. X3 nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması sürücülük vəsiqəsini təqdim etdiyi vaxtdan hesablansın. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar