Məhkəmə qərarları › İş №3(041)-297/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-297/2023

24.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-297/2023 24.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti X19 şöbəsinin nümayəndəsi X4 iştirakları ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Ucar regional ərazi şöbəsindən daxil olmuş, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Ucar regional ərazi şöbəsinin (bundan sonra DƏMX Ucar regional ərazi şöbəsi) məsləhətçi-əmək müfəttişi X12 tərəfindən tərtib edilmiş MN seriyalı, ******* nömrəli, 20 may 2022-ci il tarixli inzibati xəta haqqında protokola görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etmədiyinə görə Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi müəyyən edilmiş və həmin protokol İXM-nin 18.5-ci maddəsinə əsasən baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında ƏƏSMN yanında DƏMX X19 şöbəsinin nümayəndəsi, şöbənin baş məsləhətçi-hüquqşünas X13 Şəxs MMC barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolu qanuni və əsaslı hesab edərək bildirdi ki, vahid elektron informasiya sistemində xx.xx.2022-ci il tarixə müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş Şəxs MMC tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmaması göstərildiyindən, həmin tarixdə MMC-nin direktoru X5 məktub göndərilmiş, məktubda vahid elektron informasiya sistemində göstərilən məlumatın araşdırılması üçün işlə bağlı sübutları, izahat və mülahizələri təqdim etməklə özü və ya səlahiyyətli nümayəndəsi 20 may 2022-ci il tarixdə saat 11:30-da şöbəyə dəvət edilmişdir. Lakin göstərilən tarixdə Şəxs MMC-nin nümayəndəsi şöbəyə gəlmədiyindən və işlə bağlı hər hansı sənəd təqdim etmədiklərinə görə MMC-nin barəsində İXM-nin 469.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasın vaxıtı və yeri barədə hüquqi şəxs Şəxs MMC-yə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, onların nümayəndəsi AR Vəkillər Kollegiyasının üzvü, vəkil Nümayəndə məhkəməyə elektron formada ərizə göndərərk məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsinə etirazlarının olmadıqların bildirmiş və ərizədə göstərmişdir ki, AR ƏƏSMN yanında DƏMX-nn Ucar regional şöbəsi tərəfindən tərtibb edilmiş MN seriyalı, ******* nömrəli xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokolu tərtib olunması zamanı qanunvericiliyin tələblərini pozulduğunu bildirərərk göstərdi ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinə əsasən bu Məcəllənin Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1-ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. İş materiallarından görünür ki, X14 Xidmətinin Ucra Regional Şöbəsi tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilmədən Şəxs MMC-nin direktoru X9 20 may 2022-ci il tarixdə saat 11.30-da X14 Xidmətinin Ucar Reional şöbəsinə dəvət edilmiş, xx.xx.2022-ci il tarixli,MN ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli,MN ******* saylı inzibati xərta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul edilmişdir. Halbuki, X14 Xidmətinin Ucar Regional Şöbəsi tərəfindən inzibati xəta hadisəsi açkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol və inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edib müvafiq icra hakimiyyəti orqanın(qurumun) informasiya sisteminə göndərməi idi. X26 X8 Şöbəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin qeyd olunan tələblərinə riayyət etməmişdir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar əcəlləsinin 38.1-ic maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə əssən bu Məcəllənin 38-ci maddəsində nəzrəd tutulmuş müddəalar başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilən maddələrin tələbindən görünür ki, sığorta qaydaları əleyhinə olan inzibati xətalara dair inzibati tənbeh inzibati xərtanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Hazırki iş materiallarından da görünür ki, inzibati xəta xx.xx.2022-ci il tarixdə törədilmiş və həmin vaxtdan da on aydan çox vaxt keçmişdir. Ona görə də yuxarıda qeyd olunanlara əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünrü ki, X17 ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünrü ki, X16 ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünrü ki, X1 ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünrü ki, X2 ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünrü ki, X3 ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinin bildirişinin surətindən görünrü ki, X7 ilə xx.xx.2022-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Məhkəmə DƏMX X19 şöbəsinin nümayəndəsi, şöbənin baş məsləhətçi-hüquqşünas X4 izahatını və Şəxs MMC-nin nümayəndəsi Nümayəndə ərizəsini və iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC barəsində Azəbaycan Respublikası İzibati Xəalar Məcəlləsinin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol qanunvericiliyin tələbləri pozulmaqla tərtib edilmişdir. Belə ki, Azəbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127-4.1-ci maddəsinin tələbinə görə Bu Məcəllənin 191.2-ci, 192.1-ci, 192.3-cü, 194-cü, 195.2-ci, 469.2-ci, 540.1ci və 540.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsilə aşkar edildikdə, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində hüquqi şəxslər, o cümlədən onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında elektron protokol tərtib olunur, fiziki və vəzifəli şəxslər (hüquqi şəxs barəsində elektron protokol tərtib edilmədiyi halda) barəsində isə inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq səlahiyyətli əməkdaşının gücləndirilmiş elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin protokol və ya qərar real vaxt rejimində elektron qaydada məlumatlar əlavə edilməklə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. Lakin iş materiallarından və DƏMX Ucar regional ərazi şöbəsinin nümayəndəsinin izahatından da görünür ki, X14 Xidmətiin Ucra Regional Şöbəsi tərəfindən qanunvericiliyin qeyd olunan təlləblərinə riayyət edilmədən Şəxs MMC-nin direktoru X9 xx.xx.2022-ci il tarixdə,saat 11.30-da X14 Xidmətinin Ucar Regional şöbəsinə dəvət edilmiş, xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və xx.xx.2022-ci il tarixli, MN ******* saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi haqqında qərardad qəbul etmişdir. Halbuki, X14 Xidmətinin Ucar Regional Xidmətinin Ucar Regional Şöbəsi tərəfindən inzibati xəta hadisəsi aşkar edildiyi vaxtdan vəzifəli şəxsin barəsində real vaxt rejimində inzibati xəta haqqında elektron protokol və inzibati tənbehvermə haqqında elektron qərar tərtib edilərək gücləndirilmiş elektron imzası ilə təsdiq edilib müvafiq icra hakimiyəti orqanının müəyyən etdiyi orqanın(qrumun) informasiya sisteminə göndərməmişdir. İş materiallarından görünür ki, Dövlət Əmək X14 Xidmətinin Ucar Regional Şöbəsi tərəfindən qanunvericiliyin qeyd olunan tələblərinə riayət edilməmiş,”AqroTeknoser”MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 127.4.1-ci maddəsinin tələblərinə utyğun olmamış, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanuni ilə müəyyən edilmiş qaydada elektron protokol tərtib edilməmişdir. Dövlət Əmək X14 Xidmətinin Ucar Regional Şöbəsinin nümayəndəsi hazırda onlarda elektrn sistein olmamasını əsas gətirmiş və qeyd edilən halların onlardan asılı olmayan səbəblərdən baş verməsini və Nazirliyin daxili göstərişlərinə əsasən hüququi şəxslər və onların vəzifəli şəxsləri barəsində inzibati xəta haqqında protokol tərtib edildiini göstərmişdir. Məhkəmə qanunverclik baxımından hesab edir ki, birinci növbədə ardıcıl olaraq bu Məcəllənin maddələrinin normaları tətbiq edilir. Bundan əlavə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddət başa çatdığı üçün iş üzrə icraata xitam verilməlidir.Qanunvericiliyin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, inziati xəta hadisəsi xx.xx.2022-ci il tarixdə törədilmiş və inzibati xətanın törədilməsindən 1 ildən artıq müddət keçmişdir. Belə olan halda ,”AqroTeknoser”MMC inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata müddət keçiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsində göstərilir ki, 38.1. İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Azəbaycan Respublikası İXM-nin 11.1-ci maddəsində gösərilir ki, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə icraatın aparılması, inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 127-4-cü maddəsinin tələbinə görə inzibati xəta haqqında elektron protokolda aşağıdakı məlumatlar göstərilir: 127-4.2.1. protokolun tərtib edildiyi tarix və vaxt; 127-4.2.2. inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin protokolu tərtib etmək üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı; 127-4.2.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar edilən) məlumatlar; 127-4.2.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs haqqında (hüquqi şəxsin adı, VÖEN-i və hüquqi ünvanı) və vəzifəli şəxs haqqında (adı, soyadı, atasının adı, vəzifəsi, fərdi identifikasiya nömrəsi və yaşadığı ünvan) məlumatlar;127-4.2.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və həmin maddə üzrə cərimənin məbləği; 127-4.2.6. bu Məcəllənin 127-4.5-ci və 127-4.6-cı maddələrinin izahı.127-4.3. İnzibati tənbeh vermə haqqında elektron qərarda aşağıdakı məlumatlar göstərilir: 127- 4.3.1.qərarın çıxarıldığı tarix və vaxt; 127-4.3.2. inzibati xətalar haqqında işlər üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanın (qurumun) və həmin qərarı çıxarmaq üçün istifadə edilən dövlət informasiya sisteminin (ehtiyatının) adı;127-4.3.3. inzibati xətanın törədilməsi ilə bağlı müəyyən edilən (aşkar olunan) məlumatlar; 127-4.3.4. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki və ya vəzifəli şəxs haqqında məlumatlar (adı, soyadı, atasının adı, FİN-i və yaşadığı ünvan, vəzifəli şəxsə münasibətdə habelə vəzifəsi);127- 4.3.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 127- 4.3.6. inzibati cərimənin məbləği və ödənilməsi qaydası barədə məlumatlar;127-4.3.7. inzibati tənbeh vermə haqqında elektron qərardan bu Məcəllənin 127-6.1-ci maddəsinə uyğun olaraq şikayətin verilməsi müddəti və qaydası. 127-4.4. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminin, habelə digər dövlət informasiya sistemlərinin (ehtiyatlarının) məlumatları inzibati xəta haqqında iş üzrə icraat başa çatanadək və hər bir halda inzibati xəta haqqında iş üzrə qərar barədə bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırıldığı vaxtdan üç aydan az olmayan müddətdə saxlanılmalıdır. 127-4.5. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. 127-4.6. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş müddətdə cəriməni ödəmədikdə həmin protokol baxılması üçün bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən məhkəməyə göndərilir. 127-4.7. Bu Məcəllənin 127-4.1-ci maddəsinə əsasən inzibati xəta haqqında elektron protokol tərtib edildikdə və yaxud inzibati tənbeh vermə haqqında elektron qərar çıxarıldıqda inzibati cərimənin məbləği həmin inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin aşağı həddində müəyyən olunur. Həmin Məcəllənin 127-5-ci maddəsində göstərilir ki, Bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmiş şəxs inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə aşağıdakı qaydada məlumatlandırılır: 127-5.1.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron kabinetində dərhal yerləşdirir və elektron ünvanına (olduğu halda) göndərir;127-5.1.2. eyni zamanda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi şəxsin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta törətməsi, törətdiyi xətanın qısa məzmunu, xətanın törədildiyi yer və vaxt, bu Məcəllənin hansı maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması, cərimənin məbləği, inzibati xəta haqqında elektron protokolun və ya inzibati xəta haqqında iş üzrə qərarın nömrəsi, həmin sənədlə və ona əlavə edilmiş materiallarla tanış ola biləcəyi elektron kabinetin internet ünvanı və daxilolma qaydası barədə ödənişsiz SMS məlumatı dərhal göndərir;127-5.1.3. inzibati tənbeh vermə haqqında elektron qərar əlavə edilmiş materiallarla birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi tərəfindən kağız daşıyıcıda çap olunaraq, bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verilməsi üçün iki gün ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) göndərilir.127-5.2. İnternet informasiya resursunda yaradılmış elektron kabinetdə şəxsin hansı tarixdə inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar barədə bu Məcəllənin 127-5.1.1 – 127-5.1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada məlumatlandırılması haqqında qeyd yerləşdirilməlidir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi bu Məcəllənin 127-5.1.2-ci maddəsində nəzərdə tutulmuş SMS məlumatın şəxsə çatdırıldığı vaxt barədə və bu Məcəllənin 127-5.1.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında elektron protokol və ya inzibati tənbeh vermə haqqında elektron qərar və onların əlavələri ilə tanış olduğu vaxt barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərməli, həmçinin həmin məlumatları şəxsin elektron kabinetinə yerləşdirməli və onun elektron ünvanına (olduğu halda) göndərməlidir. 127-5.3. İnzibati xəta haqqında elektron protokolun və ya inzibati tənbeh vermə haqqında elektron qərarın bu Məcəllənin 57.1-ci maddəsində nəzərdə tutulmuş qaydada “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi vasitəsilə rəsmi çatdırılması barədə məlumatlar bir gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə göndərilir. 127-5.4. Barəsində inzibati xəta haqqında elektron protokol tərtib edilmiş və ya inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış şəxs bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən edilmiş qaydada məlumatlandırıldığı vaxtdan təyin olunmuş cəriməni bank, poçt, plastik kart və ya internet vasitəsilə ödəyə bilər. Həmin Məcəllənin 127-6-cı maddəsində göstərilir ki,barəsində bu Məcəllənin 127- 4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılmış fiziki şəxs və ya vəzifəli şəxs qərarla razılaşmadığı hallarda həmin qərar ona bu Məcəllənin 57-ci maddəsi ilə müəyyən olunmuş rəsmi qaydada verildiyi vaxtdan iyirmi gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi vasitəsilə və ya şəxsən verilə, yaxud poçt vasitəsilə göndərilə bilər. 127-6.2. Yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) inzibati xəta haqqında iş üzrə qərardan şikayət verildikdə, yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) araşdırma aparmaqla qərarın ləğv edilməsi üçün əsaslar müəyyən etdikdə, inzibati xəta haqqında iş üzrə elektron qərarı ləğv edir, belə əsaslar müəyyən olunmadıqda isə inzibati xəta haqqında iş üzrə elektron qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilir.127-6.3. Bu Məcəllənin 127-6.2-ci maddəsində nəzərdə tutulmuş qərarlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 57ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə bu məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda İnzibati xətalar haqqında işlər üzrə icraat rədd edilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinəəsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları bir daha təhlil edib hesab edir ki, Azərbaycan Respubliaksı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Ucar regional Ərazi şöbəsi tərəfindən tərtib edilmiş 20 may 2022-ci il tarixli, MN ******* nömrəli İnzibati xəta haqqında protokol Azərbaycan Respubliaksı İnzibati Xətalar Məcəllləsinin 127-ci maddəsinin tələbləri pozulduğu və inziati tənbeh tədbiri tətbiq edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət keçdiyi üçün ”AqroTeknoser” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38,40, 43, 106-115,117,127 və 129-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Ucar regional Ərazi şöbəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar