Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-297/2024 15.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X6 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X2 iştirakı ilə, xx.xx.1974-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan (AZE 0*******) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Xırdapay kənd icra nümayəndəliyində Bələdiyyə sədri Zərərçəkmiş şəxs nalayiq ifadələrlə təhqir etmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini etiraf edərək izahatında bildirdi ki, Kürdəmir rayonu, Xırdapay kəndində yaşayır, evlidir, Zərərçəkmiş şəxs Kürdəmir rayon Xırdapay bələdiyyəsinin sədri kimi tanıyır, aralarında düşmənçilik və ədavət yoxdur. Uzun müddətdir torpaq sahəsi üstündə müəyyən çətinlikləri var, bununla bağlı dəflərlə dövlət orqanlarında olmuş, axıncı dəfə Kürdəmir rayon icra başçısının qəbulunda olandan sonra xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kənd icra nümayəndəliyinə gəlmişdir. Nümayəndənin otağının qarşısında növbə gözləyərkən otaqdan Zərərçəkmiş şəxs çıxmış və torpaq sahəsinin sənədlərini göstərmək istəyərkən Zərərçəkmiş şəxs xoşa gəlməz sözlərlə onunla rəfdar etdiyi üçün əsəbləşmiş və Ariflə aralarında mübahisə düşmüşdür. Mübahisə vaxtı özündən aslı olmayaraq ucadan səs-küy salmış, lakin Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməmişdir. Mübahisələri nümayəndəliyin inzibati binasında və binanın həyətində baş verdiyindən orada çalışan işçilər və ətrafdan keçən vətəndaşlar mübahisəni görmüşlər. Şəxs izahatının sonunda barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Xırdapay bələdiyyəsinin sədri vəzifəsində işləyir, Şəxs Xırdapay kənd sakini kimi tanıyır, Şəxs torpaq sahəsi ilə bağlı müəyyən çətinlikləri var. xx.xx.2024cü il tarixdə Kürdəmir rayonu Xırdapay kənd icra nümayəndəliyində olarkən Şəxs nüməyəndəliyi gəldiyini görmüşdür. Şəxs dərhal ona yaxınlaşaraq müəyyən sənədləri ona göstərib ucadan ünvanlı və ünvansız nalayiq ifadələr işlədərək problemlərinin həll olunmasını tələb etmişdir. Mübahisələri nümayəndəliyin inzibati binasında və binanın həyətində baş verdiyindən orada çalışan işçilər və ətrafdan keçəmn vətəndaşlar oraya toplaşmışdır. Zərərçəkmiş şəxs izahatının sonunda Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görüiməsini xahiş etdi. X1 çıxışında bildirdi ki, təmsil etdiyi Şəxs uzun müddətdir torpaq sahəsi ilə bağlı müəyyən çətinlikləri var, bununla bağlı dəflərlə dövlət orqanlarında olmuş, axıncı dəfə Kürdəmir rayon icra başçısının qəbulunda olandan sonra xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kənd icra nümayəndəliyinə gəlmişdir. Nümayəndəlikdə torpaq sahəsinin sənədlərini təsadüfən orada olan Kürdəmir rayon Xırdapay bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs göstərmiş və çətinliklərinin həll olunmasını xahiş etmişdir. Bununla bağlı aralarında gedən söhbət əsnasında Zərərçəkmiş şəxs Şəxsla xoşa gəlməz sözlərlə rəftar etdiyi üçün Elşəndə əsəbləşib A.Şiriovla mübahisə etmişdir. Hesab edir ki, Şəxs hərəkətlərində inzibati xəta tərkibi yoxdur, on görə də, onun barəsində olan inzibati xəta haqqında protokola xitam verilməlidir. Şəxs oğlunun törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran müəyyən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, dediyinə görə ikinci qrup əlil olmasını, məsuliyyətini yüngülləşdirən halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 (bir yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV
Məhkəmə qərarları › İş №3(041)-297/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-297/2024
15.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver