Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-298/2025 03.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakimi Mehdiyev Rahid Baxşəli oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-ci maddəsi ilə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patril Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, Müəyyənetdi: Məhkəməyə daxil olmuş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Şəxs 05 mart 2025ci il tarixdə saat 17:27 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Kürdəmir rayonunun Sığırlı kəndi ərazisindən keçən 168-ci km-də Türkiyə Cumhuriyyəti vətəndaşı, X1 şəhəri Çarşanba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, xx.xx.1968ci il təvəllüdlü Zərərçəkmiş şəxs Kazım oğlu özünə məxsus “SCHMİTZ” markalı BB459U yarımqoşqusu olan “DAF” markalı KA555ZM dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olarkən Ağsu şəhəri 3-cü Məhəllədə qeydiyyatda olan xx.xx.1961-ci il təvəllüdlü Şəxs idarə etdiyi motosikleti ilə toqquşmuş, yol nəqliyyat hadisəsi nəticəsində motosikletin sürücüsü Şəxs xəsarət almışdır. İş materiallarını araşdıraraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər protokolu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1, 100.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. İş materiallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən zərərçəkmiş şəxsə dəymiş maddi zərərin miqdarı barədə müvafiq ekspert və ya mütəxəssis rəyi alınaraq inzibati xəta haqqında protokola əlavə olunmamışdır. Məhkəmə diqqətə çatdırır ki, İXM-nin 332.4-ci maddəsinin sanksiyasına əsasən həmin məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Göründüyü kimi, zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirilməsi və ya maddi ziyan vurulmasının inzibati xəta haqqında protokolda göstərilməsinə baxmayaraq, iş materiallarına bununla bağlı müvafiq ekspert və ya mütəxəssis rəyi əlavə olunmadığından inzibati xəta haqqında protokol natamamdır və işə baxılarkən tamamlanması mümkün deyildir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə, iş materiallarını araşdırıb belə qənaətə gəlirəm ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BDYPİ YPXA tərəfindən Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 05 mart 2025-ci il tarixli İXP ******* nömrəli protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan və bu səbəbdən də işə baxılarkən tamamlamaq mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə olunmuş digər sənədlər onu tərtib etmiş orqana qaytarılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109-cu maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patril Xidməti Alayı tərəfindən Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında 05 mart 2025-ci il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan apellyasiya qaydasında şikayət verilə bilməz. Hakim: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №3(041)-298/2025
Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-298/2025
03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver