Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-299/2024 27.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx.xx.1951-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan- Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2024-cü il tarixdə sürücülük hüququ olmadan ««VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı idarə edərkən maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Sənan Nəcəfovun AR İXM-nin 332.4-cü maddəsinin tələblərini pozması aşkar edildiyi üçün xx.xx.2024-cü il tarixdə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə sürücülük hüquq olmadan, mülkiyyətində olan ««VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri, H.Əliyev prospektində 4 yol istiqamətinə öz yolu ilə saatda 50 km.saatla hərəkətdə olarkən geriyə dönmək qərarına gəlmiş və idarə etdiyi avtomobili yolun sağ kənarına çəkərək arxadan gələn avtomobili buraxdıqdan sonra manevr etmək istəmiş və həmin vaxt arxdan hərəkətdə olan “VAZ 2103” markalı avtomobillə toqquşmuş və toqquşma nəticəsində onun avtvomobili arxaya sıçramış və digər avtomobil olan “Mitsubishi” markalı avtomobilin qaaq sol hissəsinə dəyərək maddi ziyanla nəticələnən yol nəqliyyat hadisəsi baş vermişdir. Qəzada bədən xasaəti alan olmasa da avtomobillərə maddi ziyan dəymişdir. O, dəymiş ziyanlın yarısını ödəmiş,qalan hissəsini də ödəyəcəkdir. Əməlindən peşmadır. İlk dəfədir ki, inzibati xəta hadisəsi törədir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 izahatında göstədi ki, xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrimndə etibarnamə əsasında idarə etdiyi “VAZ 2103” markalı, **-BC- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Kürdəmir şəhəri, H.Əliyev prospekti ilə üzü 4 yol istiqamətində hərəkətdə olarkən qarşısında olan nizamlanan qarşıdan “VAZ 2106” markalı avtomobil qəfil onun yoluna çıxmış o, əyləci sıxsa da avtomobili saxlaya bilməmiş və həmin avtomobillə toqquşmuşdur. Baş vermiş hadisədən bədən xəsarəti alan olmamış, lakin avtomobillərə maddi ziyan dəymişdir. Ona dəymiş ziyanı sığorta şirkəti qarşılayacaqdır. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 izahaında göstərdi ki, xx.xx.2024-cü il tarixdə,saat təxminən 10 radələrində özünə məxsus idarə tdiyi “Mitsubishi Outlander” markalı,99GP- 578 dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri,H.Əliyev prospektində öz yolu ilə 4 yol istiqamətində hərəkətdə olarkən Şəxs idarə etdiyi “VAZ 2106” markalı avtomobil “Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ 2103” markalı avomobillə toqquşaraq onun avtomobilinə çırpılmış və onun avtomiobilinıə maddi ziyan dəymişdir. Dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Texniki Xidmət Məntəqəsinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli ziyan aktından görünür ki,“VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobilə 300 manat ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Texniki Xidmət Məntəqəsinin xx.xx.2024-cü il tarixli, 03 nömrəli ziyan aktından görünür ki,“Mitsubishi Outlander” markalı, **-GT-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3425 manat ziyan dəymişdir. Məhkəmə araşdırması zamanı Şəxs AR İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törətməsi özünün səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olması və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması, qənaitinə gələrək onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsinin sanksiyasında nəzərdə tutlmuş inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə Şəxs inzibati tənbeh tədbiri tətbiq edərkən onun əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə barışıq əldə etməsini məsuliyyəti yüngülləşdirən nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək,habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən halı, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106-115,117 və 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4cü maddəsi ilə təqsirlibilinib barəsində 500 (beş yüz) manat miqdarında inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinəşikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov
Məhkəmə qərarları › İş №3(041)-299/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-299/2024
27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver