Məhkəmə qərarları › İş №3(041)-3/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-3/2024

25.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-3/2024 25.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Kürdəmir rayon polis şöbəsindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Ərşəli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs mal nobatı üstündə döymüş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Hüseynov X1 rayon polis şöbəsinin təhqiqat qurupunun təhqiqatcısı Aqil Əhmədovun qəbul etdiyi xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan şikayət verdiyi üçün həmin tarixli qərardadla şikayətə baxılanadək inzibati xəta haqqında iş üzrə icraat dayandırılmışdır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon Məhkəməsinə daxil olmuş Kürdəmir rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 5/977-xid-24 saylı məktubundan görünür ki, Kürdəmir rayon prokuroru Tural İbrahimovun 23.11.203-cü il tarixdə qəbul etdiyi qərara əsasən Şəxs şikayəti təmin edilmiş və Kürdəmir rayon polis şöbəsinin TB-nın təhqiqatcısı Aqil Əhmədovun qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-ci il tarixli qərarı ləğv edilmişdir. İcraatın dayandırılmasına əsas olmuş hal aradan qaldırıldığı üçün xx.xx.2024-cü il tarixli qərardadla inzibati xəta haqqında iş üzrə icraat təzələnmiş və işə mahiyyəti üzrə baxılması üçün həmin günə saat 16.50-yə təyin edilmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Şəxs və iş üzrə Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatcısı Aqil Əhmədovun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən tərtib edilmiş və Şəxs şikayəti əsasında həmin qərar Kürdəmir rayon prokuroru Tural İbrahimovun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi qərarla ləğv edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə xx.xx.2023-cü il tarixli, MN1832204 nömrəli inzibati xəta haqqında protokol Kürdəmir rayon prokuroru Tural ibrahimovun xx.xx.2023-cü tarixli qərarı ilə ləğv edilmiş Kürdəmir rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatcısı Aqil Əhmədovun xx.xx.2023-cü il tarixdə qəbul etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən tərtib edildiyi üçün hazırki vəziyyətdə inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikasının İXMnin 53.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 53.1.5-ci maddəsinə əsasən inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X..İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar