Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-30/2023 05.01.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1996-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (ünvan: Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokolda və protokola əlavə edilmiş sənədlərdə Şəxs xx.xx.2023-cü il tarixdə, saat Kürdəmir rayonu Pirili kəndi ərazisində nalayiq ifadələr işlətdiyi göstərilir. Toplanmış material üzrə Kürdəmir RPŞ İTB-nın rəisi Bəxtiyar Cahanov tərəfindən Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə xx.xx.2023-ci il tarixli, MN1359813 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol digər iş materialları ilə adiyyəti üzrə baxılması üçün Kürdəmir rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Pirli kəndində yaşaır, fərdi əməklə məşğul olu. xx.xx.2023-ci il tarixdə yaşadığı kənddə küçədə olarəkən Kürdəmir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq kənd ərazisində baş vermiş oğurluq hadisəsi ilə bağlı ona bir-iki sual verəcəklərini bildirmişlər, həmin vaxt polis əməkdaşları ilə kobud rəfdar edərək onların qanuni tələblərinə tabe olmamış, izahat verməsi üçün polis şöbəsinə dəvət edilsədə polis əməkdaşları ilə aralarında qısa müddətli anlaşılmazlıq olmuş, əvvəl getmək istəməsədə sonradan şöbəyə gedərək izahat vermişdir, küçədə və polis şöbəsinin inzibati binasında olarən heç bir nayayiq ifadə işlətməmiş və səs-küy salmamışdır. Həmin vaxt polis əməkdaşları onun barəsində İXM-nın 535.1-ci maddəsilə inzibati xəta haqqında protkol tərtib etmişlər, protokolla razı olmuşdur. Bundan sonra polis əməkdaşlarının əsassız yerə barəsində İXM-nın 510-cu maddəsilə də inzibati xəta haqqında protokol tərtib etdiklərini görmüş və öz etirazını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Hesab edir ki, barəsində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilən inzibati xəta haqqında protokol əsassızdır. Bütün bunları nəzərə alaraq barəsində ədalətli qərara qəbul edilməsini xahiş etdi. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatını, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə X1 barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Barəsində inzibati xəta haqqında işə baxılan Şəxs izahatından, iş materillarında olan sənədlərdən onun hərəkətlərində qeyd edilən maddədə nəzərdə tutulan inzibati xəta təkibi olduğu, yəni onun tərəfindən xırda xuliqanlıq, ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə yol verməsi müəyyən olunmur. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər.
Məhkəmə qərarları › İş №3(041)-30/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-30/2023
05.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver