Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-30/2024 07.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs və Kürdəmir rayon İcra və Probasiya şöbəsinin İcra məmuru X1 iştirakı ilə xx.xx.1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan- Şəxs barəsində Kürdəmir rayon İcra və Probasiya şöbəsdindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinn 529.2-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Kürdəmir şəhəri, H.Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Belə ki, Şəxs Kürdəmir rayon məhkəməsinin 3(041)-826/2020 saylı, xx.xx.2020-ci il tarixli və 3(041)-1129/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən inzibati cərimə tənbeh tədbiri tətbiq edilmiş və qərar icra olunması üçün Kürdəmir rayon İca və Probasiya şöbəsinə göndərilmişdir. Lakin, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmiş və barəsində AR.İXM-nin 529.2ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmədə izahat verən Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərdi ki, Kürdəmir rayon məhkəməsinin 3(041)-826/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə təqsirli bilinmiş və 500 manat məbləğində və 3(041)-1129/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən AR İXM-nin 528.1-ci maddəsi ilə də təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Hər iki sənəd üzrə ayrı-ayrılıqda icra sənədinin icrasına başlanılmış və borcluya könüllü icra üçün müəyyən olunmuş vaxta tələbin icrası ilə bağlı bildiriş göndərilmişdir. Bütün icra tədbirlərinə baxmayaraq borclu icra sənədini könüllü olaraq icra etməmiş və heç bir yerdə işləmədəyini göstərmişdir. Borclunun əmlak vəziyyətinin yoxlanılması üçün müvafiq orqanlara sorgu edilsədə borclunun adına heç bir əmlak və bank əmanəti aşkar edilməmişdir. Odur ki, Şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə inzibati xəta törətmiş şəxs Şəxs göstərdi ki,o, məhkəmə qərarlarını icra etmədiyi üçün ayr-ayrılıqda 500 manat olmaqla, ümumilkdə 2 icra sənədi üzrə 1000 manat cərimə olunmuşdur. İş axtarsa da iş tapa bilməmiş və hazırda da heç bir yerdə işləmir və cəriməni ödəyə bilmir. Himayəsində xəstə arvadı və uşaqları vardır. Odur ki, göstərdikləri xüsusatları nəzərə alıb həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Beləliklə, İcra məmuru Məhərrəm Şirnalıyevin və barəsində inzibati tənbeh tədbiri görülmüş Şəxs izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs məhkəmə qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmiş və onun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 529.2-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati tənbeh olunmalıdır. Belə ki, barəsində olan məhkəmə qərarlarını qərəzli olaraq icra etmədiyi üçün AR İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək ayrı-ayrılıqda 500 manat məbləğdə inzibati qaydada cərimə olunmuşdur. Qeyd edilən qərar qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilsədə Kürdəmir rayon məhkəməsinin 3(041)-826/2020 saylı, xx.xx.2020-ci il tarixli və 3(041)-1129/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi icra edilməmiş və Şəxs işləmədiyini, himayəsində xəstə arvadınını və 2 azyaşlı uşaqlarının olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş 44572/2019-55-5 saylı icra işinin blankından görünür ki, onun adına heç bir daşınar və ya daşınmaz əmlka edilmir. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, əmlak vəziyyətini, onun təqsirlilik dərəcəsini və şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyənləndirilməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati ictimai işlər tənbeh tədbiri tədbiq edilməsini qanuna müvafiq hesab edirəm. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 23.1-ci maddəsinə görə ictimai işlər yalnız əsas inzibati tənbeh növləri kimi tətbiq edilir. Həmin Məcəllənin 28.1-ci maddəsində göstərilir ki, ictimai işlər, barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxsin əsas işindən və ya təhsilindən asudə vaxtlarında haqqı ödənilmədən cəmiyyətin xeyrinə ictimai faydalı işlər yerinə yetirməsindən ibarətdir. Belə işlərin növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 28.2-ci maddəsinə görə ictimai işlər yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 28.3-cü maddəsində göstərilir ki,ictimai işlər altmış saatdan iki yüz qırx saatadək müddətə müəyyən edilir və gün ərzində dörd saatdan çox ola bilməz. Həmin Məcəllənin 28.3-1-ci maddəsində göstərilir ki, məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Həmin Məcəllənin 154.2-ci maddəsində göstərilir ki,barəsində ictimai işlər növündə inzibati tənbeh tətbiq edilən şəxs icra məmurunun icraata başlamaq haqqında qərar qəbul etdiyi gündən sonra ən geci on gün müddətində ictimai işlərin yerinə yetirilməsinə cəlb olunur. Həmin Məcəllənin 154.7-ci maddəsinin tələbinə görə ictimai işlər növündə inzibati tənbehin müddəti saatla hesablanır. Həmin Məcəllənin 145.1.6-cı maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında işüzrə qərar çıxarılmış şəxs həmin qərarı icra etməməyə görə bu Məcəllənin 529.1, 529.2 və ya 529.4-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edildikdə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) qərarın icrasına xitam verir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İXM-nin 23,28, 40, 43, 106-115,117 və 129-130 və 154-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏ R A R A A L D İ :
1. İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 160 ( bir yüz altmış) saat ictimai işlər inzibati tənbeh tədbiri tətbiq edilsin.
2. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun.
3. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati tənbeh vermə haqqında Kürdəmir rayon məhkəməsinin 3(041)- 826/2020 saylı, 01 sentyabr 2020 və 3(041)-1129/2020 saylı, 02 dekabr 2020 -ci il tarixli qərarların icrasına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Şirvan Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Hakim Müseyib Bayramov