Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-300/2023 27.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Topalhəsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraqiclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646117 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvansız nalayiq ifadələr işlətmiş, nəticədə E.H.Bəkirov tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi F.Z.Kərimli izahatında göstərdi ki, Kürdəmir rayon Topalhəsənli kənd sakini X2 xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq və şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək həmin tarixdə əri Şəxs tərəfindən təhqir edildiyini bildirmişdir. Şikayət ərizəsi qeydiyyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmiş, apardığı araşdırma zamanı hər ikisinin izahatını almış və toplanmış material üzrə E.H.Bəkirov barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Mübahisə gecə yarısı baş verdiyi üçün hadisəni görən və eşidən başqa şəxslərdən izahat ala bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Topalhəsənli kəndində yaşayır, X2 onun arvadıdır. xx.xx.2023-cü il tarixdə, gecə saat 23 radələrində yaşadığı Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evlərində olarkən arvadı Yazgül Baxışova ilə sözləri düz gəlmədiyindən aralarında mübahisə baş vermiş, mübahisə vaxtı bir-birlərinin ünvanına xoşa gəlməz sözlər demişlər. Həmin vaxt arvadı əsəbiləşdiyi üçün DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Gecə yarısı olduğuna, həmçinin yaşadıqları evdə olduqlarına görə onların mübahisəsini eşidən və görən olmamışdır. Bir müddət sonra polis əməkdaşları onların yaşadığı ünvana gələrək onları polis şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək baş verənlər barədə izahat vermişdir. Şöbədə olarkən onun barəsində əsassız İXM-nın 510-cu maddəsilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək, yəni arvadı ilə ailə münasibətləri zəmnində mübahisə etdiklərini, mübahisənin yaşadıqları evdə olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, Şəxs ilə X2 ər-arvaddılar. xx.xx.2023-cü il tarixdə, gecə saat 23 radələrində yaşadıqları Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evlərində olarkən Yazgül Baxışova ilə Şəxs sözləri düz gəlmədiyindən aralarında mübahisə baş vermiş, mübahisə vaxtı bir-birlərinin ünvanına xoşa gəlməz ifadələr işlətmişlər. Həmin vaxt Y.Baxışova əsəbləşdiyi üçün DİN-nin 102 xidmətinə zəng vuraraq baş verənlər barədə məlumat vermişdir. Gecə yarısı olduğuna, həmçinin yaşadıqları evdə olduqlarına görə onların mübahisəsini eşidən və görən olmamışdır. Göründüyü kimi, nə X2, nə də ki, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməmiş, hər iki tərəf arasında mübahisə ailə-məişət zəmnində baş vermişdir. Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-300/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-300/2023
27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver