Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-300/2024 04.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X14, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1967-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, ailəli, Kürdəmir rayonu Qarabucaq qəsəbəsində qeydiyatda olmaqla yaşayan, Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, İXP6090322 nömrəli inzibati xəta haqqında protokola və xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “Toyota Hilux” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 19:50 radələrində Kürdəmir-Ağsu avtomobil yolu ilə Ağsu rayonu istiqamətində hərəkətdə olarkən Kürdəmir rayonu Atakişili kəndi ərazisində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni avtomobili yolun sağ çiynindən hərəkət hissəsinə çıxarmazdan əvvəl ondan arxadan onunla eyni istiqamətdə yolun hərəkət hissəsilə hərəkətdə olan nəqliyyat vasitəsinə yol verməli və bundan sonra etdiyi manevrin hərəkətin təhlükəsizliyini təmin edəcəyinə əmin olaraq manevrə başlamalı olduğu halda ondan arxada eyni istiqamətdə “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxınlaşdığı vəziyyətdə idarə etdiyi avtomobili yolun sağ çiynindən sola doğru manevr edərək yolun hərəkət hissəsinə çıxaraq “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, nəticədə “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs ehtiyatsızlıqdan sol İİİ-İV qabırqalarının sınığı ilə müşayət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır bədən xəsarəti, eləcədə “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişini X5 açıq kəllə beyin travması, baş beyin orta dərəcəli əzilməsi, sağ təpə payında epidural hematoma, sağ təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sağ almacıq qövsünün sınığı, sağ alın-gicgah nahiyyəsinin əzilmişcırılmış yarası, döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi ilə müşayət edilən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarətlər alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. xx.xx.2024-cü il tarixdə Məmmədov X8 RPŞ-nə ərizə ilə müraciət edərək, xəsarət alması ilə bağlı ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirməklə onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyini, xx.xx.2024-cü il tarixdə X1 RPŞ-nə ərizə ilə müraciət edərək, xəsarət alması ilə bağlı ona dəymiş maddi ziyanı tamamilə ödədiklərinə görə Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirməklə onların cinayət məsuliyyətinə cəlb olunmalarını istəmədiyini, Məmmədov X8 RPŞnə ərizə ilə müraciət edərək idarə etdiyi avtomobillə törətdiyi Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış X7 dəymiş maddi və mənəvi ziyanı tamamilə ödədiyini, bununla bağlı aparılan araşdırmaya bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığını bildirmişlər, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində göstərdi ki, özünə məxsus ağ rəngli “Toyota Hilux” markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobili var, həmin avtomobili “B” kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 19:50 radələrində sözü gedən avtomobil ilə Kürdəmir- Ağsu avtomobil yolu ilə Ağsu rayonu istiqamətində hərəkət edərək Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsində surətini azaldaraq yolun sağ ehtiyyat hissəsinə çıxmış, qabağa və arxaya baxıb avtomobil gəlib-gəlməməsini yoxladıqdan sonra sola geriyə manevr edərək dönmə hərəkətini yerinə yetirməyə başlamış, öz hərəkət zolağından əks hərəkət zolağına keçdikdə həmin vaxt arxadan gələn “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobil qabaq hissəsi ilə onun idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşmuşdur. Toqquşma zamanı zərbənin təsirindən avtomobillər yolun sol ehtiyyat hissəsinə keçərək orada dayanmışlar. Hadisə zamanı avtomobildə tək olmuşdur. Kürdəmir RPŞ-nın əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisədən qabaq spirtli içki və ya güclü təsir edən maddə qəbul etməmişdir. Hazırda dəymiş ziyanla bağlı zərərçəkmiş şəxlərlə öz aralarında razılıq əldə etmişlər, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Şəxs izahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X7 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, təyin edilmiş məhkəmə iclasına gəlməmişlər. Məhkəmə onların gəlməməsini üzürsüz hesab edərək işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. “İnzibati xəta haqqında iş üzrə icraatın başlaması haqqında” qərarda qeyd edilmiş: - Daxili İşlər Nazirliyinin DİN-nin BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş “B” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən məlum olmuşdur ki, Şəxs sürücülük vəsiqəsi xx.xx.2027-ci il tarixinə kimi etibarlıdır. - Daxili İşlər Nazirliyinin BDYP-nin Qİİ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AD 907909 nömrəli X3 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, “Toyota Hilux” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Kürdəmir rayonu Qarabucaq qəsəbə sakini Şəxsdur. - Daxili İşlər Nazirliyinin DİN-nin BDYPİ Ağsu RQİTBŞ tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş “BC” kateqoriyalı sürücülük vəsiqəsinin surətindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi xx.xx.2024-cü il tarixinə kimi etibarlıdır. -Daxili İşlər Nazirliyinin BDYP-nin Qİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BA115006 nömrəli X3 Şəhadətnaməsindən müəyyən edilmişdir ki, “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Ağdam şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2qqəti yaşayan X11r. - ƏN-İX 054185 nömrəli etibarnamənin surətindən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs idarə etdiyi “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2024-cü ilədək idarə etmək hüququ vardır. - xx.xx.2023-cü il tarixli 345 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Zərərçəkmiş şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. - xx.xx.2023-cü il tarixli 346 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs həmin gün ayıq olmuş, spirtli içki qəbul etməmişdir. -məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 503 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 1967-ci il təvəllüdlü Şəxs məhkəmə-tibb müayinəsi zamanı bədənində heç bir xəsarət aşkar edilməmişdir. -məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 505 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 1992-ci il təvəllüdlü X2 məhkəmə-tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır. Sol X qabırqanın yerinidəyişməyən sınığı, boyun və sol bud-çanaq oynağının əzələ-bağ aparatının gərilməsi, alın və burunda sıyrıqlar, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. -məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 506 nömrəli «canlı şəxsin müayinəsi» rəyinə əsasən 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır. Sol İİİ-İV qabırqaların sınığı, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. -məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 511 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 2005-ci il təvəllüdlü X4 məhkəmə-tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır. Sol budun yuxarı 1/3-nin iç səthində sıyrıq, küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilmir. -məhkəmə-tibbi ekspertinin xx.xx.2023-cü il tarixli 518 nömrəli «canlı şəxsin müayinəsi » rəyinə əsasən 1975-ci il təvəllüdlü X5 məhkəmə-tibb müayinəsi zamanı bədənində aşağıdakı xəsarətlər vardır: açıq kəllə beyin travması, baş beyin orta dərəcəli əzilməsi, sağ təpə payında epidural hematoma, sağ təpə gicgah sümüyünün kəllə əsasına keçən sınığı, sağ almacıq qövsünün sınığı, sağ alın-gicgah nahiyyəsinin əzilmiş-cırılmış yarası, döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, bərk küt əşya zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. - avtomobillərə texniki xidmət mərkəzindən alınmış arayışda göstərilmişdir ki, “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4250 manat maddi ziyan dəymişdir. - DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Şəxs məhkumluğu yoxdur. - Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasından alınmış xx.xx.2023-cü il tarixli 3-16-16/2-8/3142 saylı rəyində göstərilmişdir ki:
1. Təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Toyota Hilux” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. Təhqiqat tərəfindən göstərilən şəraitdə “Hunday Accent” markalı ** LA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Məmmədov avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətindən yüksək sürətlə idatə etdiyindən onun hərəkətlərində “yol həsəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. - xx.xx.2024-cü il tarixdə Məmmədov X8 RPŞ-nə ərizə ilə müraciət edərək, xəsarət alması ilə bağlı ona dəymiş maddi ziyanı tamamilə ödədiyinə görə Şəxs qarşı şikayət və tələbinin olmadığını bildirməklə onun cinayət məsuliyyətinə cəlb olunmasını istəmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixdə X1 RPŞ-nə ərizə ilə müraciət edərək, xəsarət alması ilə bağlı ona dəymiş maddi ziyanı tamamilə ödədiklərinə görə Şəxs və Zərərçəkmiş şəxs qarşı şikayət və tələbinin olmadığını bildirməklə onların cinayət məsuliyyətinə cəlb olunmalarını istəmədiyini bildirmişdir. - Şəxs Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək idarə etdiyi avtomobillə törətdiyi Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış Zərərçəkmiş şəxs və X7 dəymiş maddi və mənəvi ziyanı tamamilə ödədiyini, bununla bağlı aparılan araşdırmaya bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığını bildirmişdir. - Məmmədov X8 RPŞ-nə ərizə ilə müraciət edərək idarə etdiyi avtomobillə törətdiyi Yol nəqliyyat hadisəsi nəticəsində xəsarət almış X7 dəymiş maddi və mənəvi ziyanı tamamilə ödədiyini, bununla bağlı aparılan araşdırmaya bəraətverici əsaslar olmadan xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ya dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilə bilər. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsində göstərilmişdir ki, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-nin 73.3-cü maddəsində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Ona görə də, Şəxs və Zərərçəkmiş şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmələri, Şəxs Zərərçəkmiş şəxs və X12 ilə, eləcədə Zərərçəkmiş şəxs X12 ilə barışdığını, dəymiş ziyanı tamamilə ödədiklərini nəzərə alaraq, Şəxs və Zərərçəkmiş şəxs cinayət məsuliyyətindən azad edilməklə, barələrində xx.xx.2024-cü il tarixli qərar cinayət işi başlanması rədd edilməlmiş və Şəxs ilə Zərərçəkmiş şəxs əməllərində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğundan barələrində inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞ-nə göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Şəxs törətdiyi inzibati xəta özünün səmimi etirafı və iş materillarına əlavə edilmiş sənədlərlə tam sübuta yetirilir. Ona görə də, onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə inzibati tənbeh tədbiri görülməlidir. Barəsində inzibati icraat aparılan şəxs Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alınır, məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 106-117, 128-130-cu maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ :
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 300 (üç yüz) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV