Məhkəmə qərarları › İş №3(041)-301/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-301/2024

09.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-301/2024 09.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1981-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan – Şəxs barəsində Kürdəmir RPŞ-dən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M ÜƏ Y Y Ə N E T D İ : Şəxs xx.xx.2023-cü il tarixdə saat 19 radələrində ilə idarə etdiyi «Hunday Accent” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağsu-Kürdəmir yolunda Ağsu istiqamətində hərəkətdə olarkən Kürdəmir rayonu Atakişili kəndi ərazisində “yol hərəkəti haqqında” Qanunun tələblərini pozaraq zərərçəkmiş şəxsə maddi ziyan və sağlamlığa zərərvurmaya aid edilən xəasət yetirmişdir. Şəxs barəsində toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən Kürdəmir RPŞ-nin İstintaq bölməsinin müstəntiqi tərəfindən xx.xx.2024-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, onun Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdır. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat təxminən 19 radələrində özünə məxsus «Hunday Accent” markalı, **-LA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir yolunda Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən hissəsində saat 70-80 km sqürətlə hərəkətdə olarkən “Toyota Hilux” markalı,33BG-870 dövlət qeydiyyat nişanlı avtomobil yolun sağ ehtiyyat hissəsindən sola manevr edərək dönüb onun hərəkət yoluna çıxmış,toqquşma təhlükəsini görən kimi əyləcə bassa da avtomobil sürüşərək həmin avtomobil ilə toqquşmuşdur. Toqquşma nəticəsində avvtomobilində olan sərnişinlər və avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. ilk dəfə inzibati xəta hadisəsi törətməsini və avtomobilin ailəsinin yeganə dolanışıq mənbəyi olduğunu, nəzərə alıb ona sürücülük hüququnun məhdudlaşdırlması ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxst Mirzə oğluna lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, istifadəsində olan telefon vasitəsi ilə ismarıc göndərərk ailə vəziytyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını, Şəxsla barışdığını və onun heç bir şikayət və tələbinin olmadığını göstərmişdir.Məhkəmə inzibati material zərərçəkmiş şəxsin iştirakı olamdan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rıədd edilməsi haqqında qərarda MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 503 nömrəli rəyində 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində heç bir xəsarətin olmadığı göstərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Şəxs BC kateqoriyalı, sürücülük vəsiqəsi vardır və xx.xx.2024cü ilədək etibarlıdır. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarda Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında xx.xx.2023-cü il tarixli, 345 nömrəli aktında Şəxs hadisə baş verən gün ayıq olduğu göstərilmişdir. Beləliklə məhkəmə hesab edir ki, Şəxs əməli özünün etirafı, zərəçəkmiş şəxsin izahatı və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Ona görə də onun barəsində törətdiyi inzibati xətaya görə Azərbaycan Respublikası İXMnin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs cəza təyin edərkən əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsində göstərilir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmişşəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta töədən Şəxs şəxsiyyətini, əmlak vəziyyətini, törətdiyi xətanın xarakterini, təqsirlik dərəcəsini, məsuliyyəti yüngülləşdirən halları, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirilməsi həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinib barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar