Məhkəmə qərarları › İş №3(041)-303/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-303/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-303/2024 27.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X1 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1980-cı il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu Beyi kəndində qeydiyyatda olmaqla yaşayan (FİN xxxxxxx) Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin inzibati binasının qarşısında ucadan nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ictimai qaydanı pozan hərəkətlərə yol verdiyini etiraf edərək izahatında bildirdi ki, Kürdəmir rayonu, Beyi kəndində yaşayır, evlidir, Zərərçəkmiş şəxs və onun ailəsini coxdan tanıyır, Nəbi ilə aralarında pul bocu məsələsi var, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs ona zəng vuraraq aralarında olan pul məsələsi ilə bağlı söhbət etmək istədiyini bildirmiş, telefon danışığı zamanı Nəbiyə bu məsələ ilə bağlı polis şöbəsinə müraciət edəcəyini bildirdiyindən həmin tarixdə Kürdəmir rayon polis şöbəsinin inzibati binasının qarşısında Nəbi ilə görüşmüş və aralarında gedən söhbət əsnasında əsəbləşdiyindən ucadan danışaraq xoşa gəlməz ifadələr işlətmişdir. Mübahisədən sonra Zərərçəkmiş şəxslə barışmışlar, bir-birlərinə qarşı heç bir şikayət və tələbləri yoxdur. Şəxs izahatının sonunda etdiyi hərəkətlərdən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs tanıyır, münasibətləri yaxşı olmuşdur, aralarında pul borcu məsələsi var. xx.xx.2024-cü il tarixdə Şəxslə telefon vasitəsiylə əlaqə saxlayaraq aralarında olan pul məsələsi ilə bağlı söhbət etmişlər, Ramin ona bununla bağlı polis şöbəsinə müraciət edəcəyini bildirdirdiyindən həmin tarixdə Kürdəmir rayon polis şöbəsinin inzibati binasının qarşısında görüşmüşlər. Aralarında gedən söhbət əsnasında Şəxs əsəbləşdiyindən ucadan danışaraq xoşa gəlməz ifadələr işlətmişdir. Hazırda Şəxslə barışımış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Şəxs oğlunun törətdiyi inzibati xəta özünün etirafı, zərərçəkmiş şəxsin izahatı, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxs oğlunun ilk dəfə inzibati xəta törətməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hall kimi nəzərə alır, məsuliyyətini ağırlaşdıran müəyyən hal müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, dediyinə görə ikinci qrup əlil olmasını, məsuliyyətini yüngülləşdirən halları, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 50 (əlli) manat inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar