Məhkəmə qərarları › İş №3(041)-304/2023

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-304/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-304/2023 27.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X8, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X2 Zərərçəkmiş şəxs X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1978-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Kürdəmir rayon Suvarma Sistemlər İdarəsində işləyən, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, MN1646125 nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 23:31-də həmkəndlisi X1 qadına yaraşmayan sözlərlə söyüb təhqir edib şərəf ləyaqətini alçaltmış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi İ.Ə.Sadıqov izahatında göstərdi ki, Kürdəmir rayon Mollakənd kənd sakini X7 xx.xx.2023-cü il tarixdə saat 23.30-da Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq və şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək həmin tarixdə qohumu Şəxs tərəfindən təhqir edildiyini bildirmişdir. Həmçinin Şəxs xx.xx.2023-cü il tarixdə ərizə ilə Kürdəmir rayon polis şöbəsinə müraciət edərək xx.xx.2023-cü il tarixdə əmisi qızı Aida Adgözəl tərəfindən heç bir səbəb olmadan təhqir edildiyini bildirmişdir. Hər iki şikayət ərizəsi qeydiyyata alınaraq araşdırma aparılması üçün onun icraatına verilmiş, apardığı araşdırma zamanı hadisəni görən və eşidən başqa şəxsləri müəyyən edə bilmədiyi üçün Şəxs və Aida Adgözəldən başqa heç kimin izahatını ala bilməmişdir. Toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respubikası İXM-nın 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş və aidiyyatı üzrə baxılması üçün məhkəməyə göndərmişdir. Zərərçəkmiş şəxs X7 izahatında bildirdi ki, Şəxs onun əmisi oğludur, Anarın bacısı, yəni əmisi qızı onların gəlinidir, bir müddət əvvəl gəlinləri acıq edib öz valideynlərinin yanına getmiş və həmin vaxtdan orada yaşayır. X6 un alıb taksi vasitəsilə evə göndərmiş, taksinin sürücüsü səhvən unu Anarın yaşadığı evə aparıb gəlinləri Höküməyə vermişdir. Bir müddət gözlədikdən sonra xx.xx.2023-cü il tarixdə Anarın yaşadığı evə gedib Hökümə ilə görüşmüş və unu geri istəmiş, gəlinləri ona imtina etdiyi üçün aralarında mübahisə düşmüş və həmin gün gecə saat 23 radələrində əsəbi halda geri qayıdarkən yolda əmisi oğlu Anarla rastlaşmış və məsələni ona izah etmək istərkən Anar onunla mübahisə edərək ünvanına nalayiq ifadələr işlətmişdir. Anarın hərəkətlərindən Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng vuraraq olanlar barədə məlumat vermişdir. A.T.Adgözəl izahatının sonunda Şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu, Mollakənd kəndində yaşayır, X7 onun əmisi qızıdır, həmçinin onun bacısı Hökümə Aidənin qardaşı, yəni onun əmisi oğlu Daşqında ərdədir. Bir müddət əvvəl münasibətləri pozulduğu üçün bacısı evi tərk edərək onun yanına gəlmiş, bu səbəbdən münasibətləri pozulmuşdur. xx.xx.2023-cü il tarixdə, gecə saat 23 radələrində yaşadığı Kürdəmir rayonu Mollakənd kəndində yol ilə gedərkən əmisi qızı Aida ilə rastlaşmış və Aidə əsəbi halda qardaşı Daşqının göndərdiyi unu vermədiyinə görə bacısı Hökümədən ona şikayət etmiş, mübahisənin böyüməməsi üçün əmisi qızına cavab vermədən oradan uzaqlaşmışdır, Aidanın onun barəsində dedikləri əsassız və böhtan xarakterlidir, əmisi qızına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Gecə yarısı olduğuna görə onların mübahisəsini eşidən və görən olmamışdır. Bir müddət sonra əmisi qızının onun barəsində şikayət ərizəsi ilə polis şöbəsinə müraciət etdiyini eşitmiş, polis əməkdaşlarının dəvəti ilə şöbəyə gedərək olanlar barədə məlumat vermişdir. Şöbədə izahatı alındıqdan sonra onun barəsində əsassız İXM-nın 510-cu maddəsilə də inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib edən şəxsin, zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmnlakını məhv edilməsi və ya zədələməsi ilə müşaiət edilməyən hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Hazırki işin yuxarıda qeyd edilən hallarından məlum olur ki, X7 ilə Şəxs əmi qızıəmi oğludur. Anarın bacısı Hökümə Aidanın qardaşı Daşqının arvadıdır. Hökümə evdə əri ilə mübahisə etdiyi üçün müvəqəti olaraq qardaşı Anarın evinə getmiş və hazırda qardaşı ilə qalır. Daşqın Adgözəlov taksi vasitəsilə evə un göndərmiş, taksinin sürücüsü səhvən unu Anarın yaşadığı evə aparıb Höküməyə vermişdir. xx.xx.2023-cü il tarixdə Aida Anarın yaşadığı evə gedib Hökümə ilə görüşmüş və unu geri istəmiş, lakin gəlinləri ona imtina etdiyi üçün aralarında mübahisə düşmüş və həmin gün gecə saat 23 radələrində əsəbi halda geri qayıdarkən yolda Anarla rastlaşmış və məsələni ona izah etmək istərkən aralarında mübahisə yaranmış, bununla bağlı hər iki tərəf biri o birindən polisə şikayət etmişdir. Göründüyü kimi, nə X7, nə də ki, Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verilməmiş, hər iki tərəf arasında mübahisə ailə-məişət zəmnində baş vermişdir. Şəxs tərəfindən ictimai qaydanı pozan hərəkətlərə yol verməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə edilməmiş və məhkəməyə təqdim edilməmişdir. Ona görə də, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar