Məhkəmə qərarları › İş №3(041)-305/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-305/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-305/2024 27.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X7 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Kürdəmir RPŞ-nın İTB-nın sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, ünvan 1 ünvanında qeydiyatda olmaqla hazırda Kürdəmir şəhəri məcburi köçkinlər üçün tikilmiş qəsəbədə yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində Kürdəmir şəhəri Məcburi köçkünlər üçün tikilmiş şəhərciyində ictimai yerdə ünvansız nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Kürdəmir şəhəri məcburi köçkinlər üçün tikilmiş qəsəbədə yaşayır, evlidir, fərdi əməklə məşğul olur. xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə arvadı X2 ilə sözləri düz gəlmədiyindən aralarında mübahi baş vemiş və mübahisə vaxtı arvadı onu döymüşdür. Baş verənlər barədə DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Bununla bağlı xx.xx.2024-cü il tarixdə Kürdəmir rayon polis şöbəsinin əməkdaşları yaşadığı ünvana gələrək izahat verməli olduğunu bildirmiş, lakin sərxoş olduğundan polis əməkdaşları ilə kobud rəftar edərək ucadan səs-küy salmış, lakin polis əməkdaşlarının ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Şəxs izahatının sonunda etdiyi hərəkətlərdən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında göstərdi ki, Kürdəmir şəhəri məcburi köçkünlər qəsəbəsində yaşayan Şəxs dəfələrlə DİN-nin 102 mərkəzi-zəng xidmətinə zəng vuraraq oğlu Nurlan Atakişiyev və arvadı Cəmilə Sadıqov tərəfindən döyüldüyünü bildirmişdir. xx.xx.2024-cü il tarixdə şikayətlə bağlı qeyd olunan ünvana getmişlər, Şəxs sərxoş vəziyyətdə olduğunu müəyyən etdikdən sonra ona etmiş olduğu şikayətlə bağlı izahat verməli olduğunu bildirmişlər və polis şöbəsinə dəvət etmişlər, lakin Şəxs onlar ilə xoşa gəlməz rəftar edərək ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, ictimai qaydaları kobud surətdə pozmuş, onun səsinə ətrafda olan şəxslər oraya toplanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Kürdəmir RPŞ əməkdaşı polis serjantı X3 da şahid X4 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Şəxs törətdiyi inzibati xəta özünün etirafı, şahidlərin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 7 (yeddi) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar