Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-306/2023 28.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X4, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi, Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmklə məşğul olan, Kürdəmir rayonu Muradxan kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon icra və probasiya şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən tərtib edilmiş xx.xx.2023-ci il tarixli MN1063079 nömrəli inzibati xəta haqqında protokola əsasən, Əliyev X1 rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-390/2022 saylı icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdildiyi göstərilir. Məhkəmə iclasında Kürdəmir rayon icra və probasiya şöbəsinin icra məmuru R.R.Əsgərov inzibati xəta haqqında protokolu əsaslandırmaq üçün məhkəməyə verdiyi izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)- 390/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 2807 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmişdir. İcra sənədinin icrası ilə əlaqədar borcluya müxtəlif vaxtlarda məktublar göndərilmiş, Kürdəmir rayon icra və probasiya şöbəsinə dəvət edilmişdir. İcra sənədinin icrası ilə əlaqədar dəfələrlə rəsmi və şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu ödəməkdən yayınmışdır. Borclu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə Kürdəmir rayon icra və probasiya şöbəsinə gələrək verdiyi izahatında işləmədiyini üçün borcunu ödəyə bilmədiyini bildirmiş, inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra isə 100 manat ödəniş etmiş, qalan 2707 manat borcunu isə ödəyəcəyinə söz vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-390/2022 saylı icra vərəqəsinə əsasən ondan 2807 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi müəyyən edilmişdir. Maddi imkansızlığa görə icra sənədini bu günə kimi tam şəkildə icra edə bilməmişdir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra 100 manat tələbkara ödəniş etmiş, 2707 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün tədbirlər görəcəkdir. Həmçinin icra sənədi icra edilməsi üçün icra və probasiya şöbəsinə təzə daxil olub, hazırda məqsədi icra sənədini icra etməkdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə icra məmurunun dəvəti ilə Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş və icra məmuruna verdiyi izahatında yuxarıda qeyd edilənləri olduğu kimi göstərmişdir. Şəxs izahatının sonunda göstərdiyi halları nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İcra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-390/2022 saylı icra vərəqəsinə əsasən Şəxs 2807 manat tutularaq ona ödənilməsi qət edilmişdir. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borclu Şəxs ona 100 manat ödəniş etmişdir, hazırda borclunun ona olan borcu 2707 manat təşkil edir. Tərtib edilmiş inzibati xəta haqqında protokolla bağlı qanuni qərara qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Şəxs inzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra tələbkar Zərərçəkmiş şəxs 100 manat ödəniş etmişdir. Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Tərəflərin izahatıdan və iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(041)-390/2022 saylı icra vərəqəsinə əsasən borclu Şəxs ümumilikdə 2807 manat tutularaq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Kürdəmir rayon icra və probasiya şöbəsinə daxil olduqdan sonra xx.xx.2023-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilmiş, borcluya bildiriş göndərilmiş, borclu xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə icra məmurunun dəvəti ilə Kürdəmir rayon icra və probasiya şöbəsinə gəlmiş, icraata başlama haqqında qərarın surəti və tələbin könüllü icra edilməsi barədə bildiriş ona təqdim edilmişdir. Göründüyü kiçi borclu həmin sənədlərlə yeni tanış olmuşdur. İnzibati xəta haqqında protokol məhkəmənin icraatına daxil olduqdan sonra borclu 100 manat tələbkara ödəniş etmiş, məhkəməyə verdiyi izahatında qalan 2707 manat borcunu isə qısa müddət ərzində ödənilməsi üçün tədbirlər görəcəyini, həmçinin icra sənədinin icra edilməsi üçün icra və probasiya şöbəsinə təzə daxil olduğunu, hazırda məqsədinin icra sənədini icra etmək olduğunu bildirmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 4 sentyabr 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Məhkəmələr nəzərə almalıdırlar ki, tənbeh və ya cəzanın tətbiqi tərbiyəvi xarakter daşıyır. Hər hansı bir sanksiyanın tətbiqi isə mütənasib və ədalətli olmalıdır. Məhkəmə aktlarının icra edilməməsi ilə əlaqədar hər hansı inzibati tənbeh və ya cəza tətbiq edilərkən, ilk növbədə, borclu şəxs tərəfindən icra məmurunun tələblərinin yerinə yetirilməsi üçün mümkün vasitələrdən istifadə edilib-edilməməsi obyektiv qiymətləndirilməlidir. İşin yuxarıda şərh edilən halları barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs hərəkətlərində məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi hallar öz təsdiqini tapmadığına görə onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikasının İXM-nin 105.1-ci maddəsinə görə Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda şərh olunanları nəzərə alaraq hesab edirəm ki, Şəxs hərəkətlərində Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasında göstərilən inzibati xəta halları yoxdur və bu səbəbdən də, onun barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №3(041)-306/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-306/2023
28.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver