Məhkəmə qərarları › İş №3(041)-308/2024

Kürdəmir Rayon Məhkəməsi Qərardad — İş №3(041)-308/2024

27.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Kürdəmir rayon İş № 3(041)-308/2024 27.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Mən, Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu, X1 EQ 19975928 nömrəli,xx.xx.2024-cü il tarixli elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİM : P.Ə.Əliyev Kürdəmir rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, EQ 19975928 nömrəli,xx.xx.2024-cü il tarixli elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi icraata qəbul edilərkən məlum oldu ki, şikayət ərizəsi aidiyyət qaydalarına əməl edilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalr Məcəlləsinin 110.1-ci maddəsinin tələbinə görə inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Şikyətə əlavə edilmiş sənədlərdən də görünür ki, inzibati xəta Bakı-Qazax yolunun 241.1-km-də baş vermişdir və şikayətçi özü də İsmayıllı şəhəri,M.Abbasov küçəsi,ev 11-də qeydiyyatda olsa da Bakı şəhəri,Nərimanov rayonu Ə.Əlizadə küçəsi, 57,mənzil 8-də yaşayır. Ona görə də hesab edirəm ki, şikayət ərizəsi geri qaytarılmalı və ərizəçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra aidiyyət məsələlərinə diqqət yetirməklə ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları izah olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109,110-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : X1 EQ 19975928 nömrəli,xx.xx.2024-cü il tarixli elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi geri qaytarılsın. Şikayətçiyə göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti üzrə məhkəməyə müraciət hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətinə şikayət verilə bilər. Hakim : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar