Məhkəmə qərarları › İş №3(041)-309/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-309/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-309/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ saat 16.00-da Kürdəmir rayon məhkəməsinin hakimi Bayramov Müseyib Seyfəddin oğlu Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.2000-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayou Şıxımlı kəndində yaşayan - Şəxs haqqında Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə Kürdəmir rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Şəxs xx.xx.2024-cü il tarixdə ictimai qaydanın mühafizəsi üzrə vəzifələri icra edən Kürdəmir RPŞ əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Şəxs barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnziati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və aidiyyəti üzrə baxılması üçün Kürdəmir rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs izahatında göstərdi ki, xx.xx.2024-cü il tarixdə o, idarıə etdiyi avtomobillə Kürdəmir şəhəri,Babək prospektində hərəkətdə olarkən yol polisi onu saxlatdırmış və təhlükıəsizlik kəmərini taxmadığını bildirmişdir. Mən isə ona kəməri taxdığımı desəm də yol polisi əməkdaşı bundan sonra avtomobilin konstruksiyasında edilən dəyişikliyə görə avtomobi duracağa aparacağını bildirdi, o, isə 2 gün əvvəl avtomobilin duracaqdan çıxarıldıöını və avtomobilə aparıb burjunların sayını çoxaldığını bildirmişdir. Onklar söhbət edərkən başqa polis əməkdaşları onlara yaxınlaşmış bir az söhbət eədndən sonra onlarla birlikdə polis şöbəsinə getməli olduqlarını demiş, o, da heç bir söz demədən polis əməkdaşları ilə Kürdəmir RPŞ-nə gəlmişdir. O, heç bir qanunsuz əmçəl törətməmiş və heç bir itaətsizlik göstərməmişdir. Hesab edir ki, onun barəsində tərtib edilən protokol əsassızdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Elşad Heydərzadə ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri,Babək prospektində xidmətdə olarkən “VAZ 217050” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəsizlik kəməri bağlamadığı üçün və avtomobildə konstruksiya dıəyişikliyi olduğunu görmüş və avtomobil tərəfindən saxlanılmışdır. Avtomobilə yaxınlaşıb özünü təqdim etdikdən sonra qayda pozuntusu törətdiyini izah etmiş və ondan sənədlərini təqdim etməsini xahiş etmişdir.Bu zaman sürcü ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş,o,isə adını sonradan bildiyi Şəxs sakitləşməsini xahiş ettsə də Kamran sakitləşməmiş və öz qanunsuz hərəkətlərinə davam dərək tabesizlik göstərmişdir.O, da Kamranın tabesizlik gösəməsinə görə kömək üçün YPX əməkdaşlarını köməyə çağırmış və məcburi qaydada Şəxs Kürdəmir RPŞ-nə aparıb növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-nin rəisi vəzifəsində işləyir. Şəxs tanıyır. Belə ki, rayon sakinləri tərəfindən dəfələrlə Şəxs təhlükəli manevrlər edərək avtomobili idarə etməsi barədə şikayətlər daxil olmuş və o, dəfələrlə Şəxs valideynlərini bölməyə dəvət edərək onlarla proflaktiki söhbətlər aparmışdır.Buna baxmayaraq Şəxs dəfələrlə xəbərdarlıq edilsə də o, öz qaanunsuz hərəkətlərimnə davam etmişdir. Belə ki, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ YPX-nin əməkdaşları Kürdəmir şəhəri,Babək prospektində xidmətdə olarkən “VAZ 217050” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təhlükəzilik kəmərini bağlamadığı və avtomobilin konstruksiyasına edilmiş dəyişikliyə görə saxlatdırmış və onun törətdiyi qanun pozuntusu izah edilərək onlarla birlikdə polis şöbəsinə getmək lazım olduğu bildirilmiş, bundan sonra Şəxs əsəbləşərək polisə etiraz edərək polis şöbəsinə getməkdən imtina etmişdir. Bundan sonra YPX əməkdaşları yaxınlıqda olan digər polis əməkdaşlarını köməyə çağırmış və bundan sonra məcburi qaydada Şəxs polis şöbəsinə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında göstərdi ki, o, Kürdəmir RPŞ DYPB-də inspektor vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə, Zaur İbrahimovla birlikdə xidmətdə olarkən YPX əməkdaşı Elşad Heydərzadə efir vasitəsi ilə onlara çıxaraq bir nəfər şəxsin tabesizlik göstərdiyini bildimiş və onları köməyə çağırmışdır. Onlar dərhal həmin yerə gəlmiş və adını sonradan bildiyi Şəxs YPX əməkdaşı Elşad Heydərzadə ilə mübahisə etdiyini şahidi olmuş, həmin vaxt onlar da Kamrana yaxınlaşıb ondan sakitləşməsini xahiş etsələr də O, sakitləşməmiş və öz qanunsuz hərəkətlərinə davam edərək polisin qanuni hərəkətlərinə tabe olmamışdır. Bundan sonra onlar məcbur olub Şəxs məcburi şəkildə avtomobilə mindirib Kürdəmir RPŞ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Məhkəmə araşdırması zamanı Şəxs törətdiyi inzibati xəta özü etiraf etməsə də öz daxili inamına, şahid ifadələri, inzibati xətanın baş vermə şəraiti, inzibati xəta haqqında protokol və işə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə Şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq onun verdiyi ifadəsini özünü m müdafiə xarakterli ifadə kimi qəbul edir. Məhkəmə inzibati xəta törədən Şəxs ilk dəfə inzibati xəta hadisəsi törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi, səlahiyyətli şəxslərin onun hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətini davam etdirməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası İXM-nin 33.1.1-ci maddəsinə görə səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alınır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə inzibati xəta törədən Şəxs şəxsiyyətini, törətdiyi xətanın xarakterini, təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları, inzibati xəta hadisəsi törətməyə meyilli olmasını, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbirinin tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 40, 43, 106- 115,117 və 129-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, ona 08 (səkkiz) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Həbsetmənin əvvəli 28 mart 2024-cü il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar