Məhkəmə qərarları › İş №3(041)-310/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-310/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-310/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri Babək prospektində ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayır, fərdi əməklə məşğul olur. xx.xx.2024cü il tarixdə idarə etdiyi “VAZ 217050” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Kürdəmir şəhəri Bakı prospektində hərəkətdə olarkən onu Kürdəmir RPŞ DYPB-nın əməkdaşları saxlamışlar, avtomobili təhlükəsiszlik kəmərindən istifadə etmədiyini və avtomobildə müəyyən dəyişikliklər etdiyini və avtomobili duracağa apracaqlarını bildirmişlər. Bununla bağlı polis əməkdaşları ilə aralarında gedən söhbət əsnasında əsəbləşərək ucadan səs-küy salmış, lakin onların ünvanına heç bir nalayiq ifadə işlətməmişdir. Şəxs izahatının sonunda etdiyi hərəkətlərdən peşman olmasını nəzərə alaraq, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Kürdəmir RPŞ DYPB YPX-nın inspektoru işləyir, xx.xx.2024-cü il tarixdə Kürdəmir şəhər ərazisində xidmətdə olarkən təhlükəsizlik kəmərindən istifadə etmədiyi üçün “VAZ 217050” markalı, **-TZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü saxlamış, özlərini təqdim etdikdən sonra sürücünün Kürdəmir rayonu Şıxımlı kənd sakini Şəxs olduğunu müəyyən etmişlər, yoxlama zamanı avtomobilin görünüşündə müəyyən dəyişikliklərin edildiyi müəyyən olunmuşdur. Hüquq-vəzifələri izah olunduqdan sonra avtomobilin duracağa yerləşdiriləcəyini bildiriləndə Şəxs heç bir qayda pozuntusu etmədiyini əsas gətirib ucadan səs-küy salaraq ünvanlı və ünvansız nalayiq ifadələr işlətmiş, ictimai qaydaları kobud surətdə pozmuşdur. Şəxs törətdiyi inzibati xəta özünün qismən etirafı, şahidin ifadəsi, iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, o, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində törətdiyi inzibati xətaya görə həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati tənbeh tədbiri görülməlidir. Şəxsnın əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlunın şəxsiyyətini, əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirməsi, həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədini nəzərə alaraq onun barəsində inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, inzibati həbsetmənin əvvəli inzibati qaydada tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının İXM-nin 30-cu maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 5 (beş) gün müddətə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Qərarın icrası Kürdəmir rayon polis şöbəsinə həvalə edilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar