Məhkəmə qərarları › İş №3(041)-310/2025

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-310/2025

08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-310/2025 08.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X9 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Kürdəmir rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1993-cü ildə Kürdəmir rayonu, Xırdapay kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Xlrdapay kəndində qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Kürdəmir rayon İcra şöbəsindən daxil olmuş materialları nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-664/2019 saylı icra sənədinə əsasən tərəflərin birgə yaşadıqları müddətdə xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və 21..08.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və borcunu ödəməsi təklif olunmuş, lakin o, izahat verərək borcunu tam ödəməsinə imkanı olmadığını bildirmişdir. Onun 9720 manat aliment borcu qalmışdır. Borclu icra sənədini icra etmədiyindən barəsində Azərbaycan Respublikasının İXMin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq inzibati material baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahat verərək bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, ondan iki uşağa görə 200 manat aliment alınıb iddiaçı X5 verilməlidir. O,əvvəllər işlədiyi üçün ödəniş etmişdir. Yaranmış borc əvvəl olan borcdur. O,hər ay 200 manat aliment və borcundan da hər ay 100-200 manat ödəyir. Özü nar bağında fəhlə kimi günlük 10 manata işləyir. O, icra sənədinin icrasında boyun qaçırmır. Odur ki, barəsində olan inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Kürdəmir rayon İcra şöbəsinin icra məmuru X2 məhkəmə iclasında bildirdi ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)-664/2019 saylı icra sənədinə əsasən tərəflərin birgə yaşadıqları müddətdə xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və 21..08.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. İcra sənədi xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon İcra Şöbəsinin icraatına daxil olmuş və icraata başlanılmışdır. Borcluya müvafiq qaydada icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Lakin borclu tələbi icra etməmişdir. Onun əmlak vəziyyəti yoxlanılmış və tələbin yönəldilə biləcəyi əmlak aşkar olunmamışdır. Borclu Şəxs qərarın icrası ilə əlaqədar borclu qismində Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və borcunu ödəməsi təklif olunmuş, lakin o, borcunu ödəməmişdir. Onun izahatı alınarkən borcunu tam ödəməsinə imkanı olmadınığını bildirir. Onun 9720 manat aliment borcu qalmışdır. Tələbkar borcun hamısını tələb edir. Odur ki, barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş etdi. Məhkəmə inzibati iş üzrə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını nəzərdən keçirib işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(041)- 664/2019 saylı icra sənədinə əsasən tərəflərin birgə yaşadıqları müddətdə xx.xx.2014-cü il tarixdə anadan olmuş X4 və 21..08.2015-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün xx.xx.2019-cu il tarixdən başlayaraq cavabdeh Şəxs hər ay hər uşağa görə sabit pul məbləğində 100 manat miqdarında aliment tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, borclu tərəfindən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin icra edilməməsi üzürsüz səbəbdən baş verdiyi, həmçinin qərəzli olaraq icra edilmədiyi hallarda şəxsin məsuliyyətindən söhbət gedə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, icra sənədini icra etməmə o halda qərəzli olur ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Pyersak Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarında qeyd etmişdir ki, adətən, qərəzsizlik mənfi və ya qərəzli münasibətin olmadığını bildirsə də, qərəzsizliyin olması, yaxud əksinə, olmaması, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olaraq müxtəlif üsullarla yoxlanıla bilər. Bu baxımdan konkret işdə konkret hakimin şəxsi mülahizələrini əks etdirən subyektiv yanaşma ilə qərəzsizlik məsələsində hər hansı şübhələri aradan qaldırmaq üçün yetərli təminatların olub- olmadığını müəyyən edən obyektiv yanaşma arasında fərq qoymaq olar. Məhkəmə iclasında müəyyən edildi ki, borclu Şəxs əvvəllər işlədiyi üçün ödənişlər etmiş, sonradan aliment ödənişi olmamış və hazırki borc yaranmışdır. 2024-ci ilin noyabr ayında borclu barəsində inzibati xəta haqqında protokol Kürdəmir rayon Məhkəməsinə verilmiş, lakin hər ay 200 manat aliment məbləğini və borcdan isə 200 manat ödəyəcəyini bildirdiyinə görə inzibati xəta haqqında icraata xitam verilmişdir. Borclu verdiyi iltizam üzrə hər ay aliment məbləğini və yığılmış borcdan 150-200 manat ödəniş etmişdir. Hazırda da borclu belə ödənişləri davam etdirdiyini bildirir. Borclunun yığılmış borc məbləğinin birdəfəlik ödənilməsini təmin etmək üçün icra şıbəsində onun hər hansı əmlakı müəyyən edilməmiş, borclu tərəfindən həmin məbləğin qərəzli və qəsdən birdəfəyə ödənilməməsi halı müəyyən edilmir. Bu isə borclunun icra sənədinin icrasından qərəzli boyun qaçırması halını təkzib edir. Məhkəmə yuxarıda qeyd edilən hallara əsaslanaraq hesab edir ki, borclu Şəxs barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, AR İXM-in 53.0 və 53.0.2-ci maddələrinin tələblərinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 114.2 və 114.2.1-ci maddələrinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-in 39, 40, 43, 48-51, 53 və 114-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar