Məhkəmə qərarları › İş №3(041)-311/2024

Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №3(041)-311/2024

28.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 3(041)-311/2024 28.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X3 Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu, Mollakənd kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Kürdəmir rayon polis şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Kürdəmir rayon polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN2042177 nömrəli inzibati xəta haqqında protokola əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Mollakənd kəndində polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamış, nəticədə Şəxs tərəfindən Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, Kürdəmir rayonu Mollakənd kəndində yaşayır, fərdi əməklə məşğul olur. xx.xx.2024-cü il tarixdə bacısı Məlahət Əbilova oğlu hərbi xidmətə getdiyi üçün həyətində şənlik keçirtmiş, şənlikdə fəal iştirak edərək yeyib içib spirtli içki qəbul etmişdir. Həmin gün spirtli içkinin təsirindən qohumu Simral Abdurahmanov və bacısı Məlahət Əbilova ilə aralarında mübahisə düşmüş, mübahisə zamanı bacısı əsəbləşdiyi üçün DİN-nin 102 xidmətinə zəng vuraraq baş verənlər barədə məlumat vermişdir. Bundan sonra oraya gələn polis əməkdaşları ilə birlikdə könüllü olaraq izahat vermək üçün polis şöbəsinə getmişdir. Şöbədə şikayətlə bağlı sorğu-sual edildikdən sonra barəsində əsassız olaraq İXM-nın 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edildiyini görmüş, öz etirazını bildirərək polis əməkdaşları ilə mübahisə etmədiyini və onların qanuni tələblərinə tabe olduğunu bildirməsinə baxmayaraq bunun bir nəticəsi olmamışdır. Odur ki, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 izahatında bildirdi ki, Kürdəmir RPŞ-da sahə polis nəfəri işləyir, xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə daxil olmuş şikayətlə bağlı polis əməkdaşları ilə Kürdəmir rayonu Mollakənd kəndinə getmiş, o küçədə avtomobilin yanında dayanmış, onunla gələn polis əməkdaşları isə qeyd olunan ünvana daxil olmuşlar. Qısa müddətdən sonra polis əməkdaşları içəridən adını sonradan bildiyi Şəxs ilə birlikdə gəlib avtomobilə əyləşmiş, onlara qarşı tabesizlik göstərməmişdir. Evin həyətinə getmədiyi üçün həmin vaxt içəridə polis əməkdaşları ilə Şəxs aralarında mübahisə olub-olmaması barədə məlumatı yoxdur. Kürdəmir rayon polis şöbəsinə gələndə yolda və gəldikdən sonra şöbədə Şəxs onlara qarşı hər hansı qeyri-etik hərəkəltəlini görməmişdir. Proses iştirakçılarının izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edirəm ki, hərəkətində inzibati xəta tərkibi olmadığına görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Belə ki, Azərbaycan Respubikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə yaranır. Hazırki işin müəyyən edilən hallarından görünür ki, xx.xx.2024-cü il tarixdə polis əməkdaşları Şəxs yaşadığı evə gedərək, DİN-nin 102 xidmətinə daxil olmuş şikayətlə bağlı izahat verməsi üçün onu şöbəyə aparmış, Şəxs polis əməkdaşları tərəfindən sorğusual edildikdən sonra barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında işə baxılan şəxs Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən heç bir sübut iş materillarına əlavə edilməmiş, habelə məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Ona görə də, onun inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasənbu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Yuxarıda göstərililənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığına görə xitam verilsin. Qərardan surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar